Mezunlar

Vakansiya
Sual-Cavab
Sual: Kompleks harada yerləşir?
Cavab: Bakı şəhəri, Heydər Əliyev pros. 203 (Koroğlu metro st. yaxınlığında)

Sual: Məktəb nə vaxtdan fəaliyyət göstərir?
Cavab: Heydər Əliyev adına Müasir Təhsil Kompleksi 2001-ci ildə açılmışdır. Kompleks – uşaq bağçası, orta məktəb və musiqi məktəbindən ibarətdir.

Sual:  İş rejimi necədir?
Cavab: Həftənin I-V günləri saat 930-dan 1715-dək. Şagirdlər məktəbə saat 830-dan etibarən gələ bilərlər.

Sual:  İllik təhsil haqqı nə qədərdir?
Cavab: Azərbaycan və rus bölmələri 9500 AZN, ingilis  bölməsi siniflər 12000 AZN.

Sual:  Bu təhsil haqqına hansı güzəştlər  var?
Cavab: Eyni ailədən olan şagirdlərə güzəştlər var. Eyni ailədən olan ikinci uşağın illik təhsil haqqına 1000 AZN, üçüncü və sonrakı uşaqların hər birinə 2000 AZN güzəşt olunur.

Sual: Təhsil haqqı əvvəlcədən tam ödənilir, yoxsa hissə-hissə ödənilə bilər?
Cavab: Hissə-hissə də ödəmək olar . Yəni illik təhsil haqqını on aya bölməklə  aybaay ödəmək olar.

 Sual: Rus  və ingilis bölmələrinə neçənci sinifdən şagirdlər qəbul olunur?
Cavab:  Rus  - I-V,   İngilis  I-VIII siniflərə.

Sual: Hansı xarici tədris proqramları var?
Cavab: İngilis bölməsində Kambric (Cambridge).

Sual: Həmin siniflərdə bütün fənlər ingilis dilində  tədris olunur?
Cavab: bəli.

Sual:  Təhsil haqqına nəqliyyat xidməti daxildir?
Cavab: Xeyr, nəqliyyat xidməti ayrıca ödənişlədir və qiyməti 1 ay üçün 120 manatdır. Eyni ailədən olan II uşağa 100 AZN, III və sonrakı uşaqlara 80 AZN ödənilir.

Sual:  Siniflərdə neçə nəfər şagird olur?
Cavab: Maksimum 20 nəfər.

Sual:  Məktəbdə hansı müəllimlər dərs deyir?
Sual: Müəllimlər  işə necə qəbul olunur və digərlərindən nə ilə fərqlənirlər?
Cavab: İkimərhələli müsabiqə (test və müsahibə) yolu ilə qəbul edilmiş yüksək səviyyəli müəllimlər, onların arasında  İlin müəllimləri, Əməkdar müəllimlər, elmlər namizədləri, TQDK ekspertləri, qabaqcıl müəllimlər çoxdur. Xarici dilləri dildaşıyıcı müəllimlər də tədris edir.

Sual: Siniflərdə sinif rəhbəri varmı?
Cavab: İbtidai siniflərdə sinif müəllimi və assistent müəllim, yuxarı siniflərin hər birində ayrıca sinif rəhbəri vardır.

Sual:  Hansı xarici dillər tədris olunur?
Cavab:  Rus, ingilis bütün siniflərdə,  alman, fransız, ərəb dillərindən biri seçim əsasında V, VI, VII, VIII siniflərdə tədris olunur.

Sual:  Ev tapşırıqları məktəbdə yerinə yetirilir?
Cavab: Bəli, xüsusi ayrılmış vaxtda sinif rəhbərinin  nəzarəti ilə müstəqil şəkildə yerinə yetirilir, lazım olduqda müəllim istiqamət verərək köməklik göstərir.

Sual: Uşaqların asudə vaxtı necə təşkil olunur?
Cavab: Onlar dərnəklərdə, idman bölmələrində məşğul olur, maraqlı tədbirlər təşkil olunur, film və tamaşalar nümayiş etdirilir, əlamətdar günlər, bayramlar qeyd olunur. Şagirdlər müəllimlərlə məktəbin avtobuslarında maraqlı, görməli yerlərə, muzeylərə, ekskursiyalara aparılır.

Sual: Başqa hansı dərslər, məşğələlər , dərnəklər var?
Cavab: Şagirdlərin estetik zövqünün formalaşmasına, fiziki inkişafina da böyük diqqət yetirilir. Müxtəlif dərnəklər var: rəsm, teatr, qızlar üçün kulinariya, proqrama rəqs və ritmika dərsləri də daxildir. Müxtəlif idman bölmələrində məşğələlər ixtisaslı məşqçi müəllimlər tərəfindən keçilir: şahmat, üzgüçülük, futbol, basketbol, tennis və s.

Sual:  Şagirdlərin biliyi necə qiymətləndirilir?
Cavab : On ballıq qiymətləndirmə sistemilə. Vaxtaşırı müdiriyyət yoxlamaları, ildə iki dəfə semestr imtahanları, X-XI siniflərdə sınaqlar keçirilir. Xüsusi elektron jurnal sistemi var ki, şagirdin gündəlik aldığı qiymətlər valideynə sms şəklində göndərilir. Eyni zamanda hər bir valideyn öz övladının məlumatlarına internet vasitəsilə də baxa bilər.

Sual:  Şagirdlərin təhlükəsizliyi necə təmin olunur?
Cavab: Mühafizə sistemi var, məktəbə giriş turniketlə tənzimlənir, hər bir şagirdin məktəbə gəlib-getmə vaxti elektron jurnalda qeyd olunur. Məktəbdə çoxsaylı müşahidə kameraları var. Şagirdlər sinif rəhbəri tərəfindən yalnız valideynin əvvəlcədən qeyd etdiyi insanlara təhvil verilir.
 
Sual: Məzunlarınızın qəbul imtahanlarındakı nəticələri necədir?
Cavab: məzunlarıımız yüksək ballarla ən nüfuzlu respublika (ADA, BDU, Tibb Universiteti, ADİU, Bakı Ali Neft Məktəbi, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və s. ) və xarici ölkə (Kanada, Almaniya, ABŞ, İngiltərə, Avstriya, Türkiyə, Cənubi Koreya, Yaponiya və s.) ali məktəblərinə qəbul olunurlar.

Sual:  Şagirdlərin ali məktəblərə hazırlığı necə təşkil olunur?
Cavab: Şagirdlər X-XI siniflərdə ixtisas qrupları üzrə bölünərək uyğun fənlərdən DİM ekspertləri, qabaqcıl müəllimlərdən dərs alaraq ali məktəblərə hazırlaşırlar. Şagirdlər digər fənlərlə yüklənmirlər. Onlar üçün hər bir şərait yaradılır, vaxtaşırı sınaqlar keçirilir, lazımi bütün tədbirlər görülür.

Sual: Şagirdlərin qidalanması necə təşkil olunur?
Cavab : Şagirdlər gündə 3 dəfə yüksək keyfiyyətli qida ilə təmin olunur. Menyunun tərtib olunmasına  həkim tərəfindən də nəzarət olunur. Menyuya həm milli, həm də avropa mətbəxindən xörəklər daxildir. Şagirdlərə təbii şirələr, meyvələr də verilir. Lazım olarsa xüsusi pəhriz yeməkləri ilə də təmin olunurlar. Çay fasiləsi də var.

Sual: Şagirdlərə dərsiklər verilirmi?
Cavab: Bəli, şagirdlər məktəb tərəfindən dərsliklərlə pulsuz təmin olunurlar.

Sual: Şagird hansısa fəndən zəif olduqda ona hansı köməklik göstərilir?
Cavab: Hər bir şagirdin fərdi cədvəli var. Əgər hər hansı fəndən zəifliyi olarsa məktəbin müəllimləri tərəfindən ona əlavə dərslər təyin olunur və  bu zəiflik aradan qaldırılır. Bu xidmət ödənişsizdir.

Sual: Şagirdlər bilik yarışları və olimpiadalarda iştirak edirlər?
Cavab:  Olimpiada qrupları, Şagird Elmi Cəmiyyəti var ki şagirdlərin elmə həvəsini artırmaq üçün böyük əhəmiyyəti var. Onlar olimpiadalarda, bilik yarışlarında yüksək yerlər qazanırlar, konfranslarda uğurla çıxış edirlər.

Sual: Şagird məktəbə necə qəbul olunur?
Cavab: I sinfə müsahibə yolu ilə, digər siniflərə test imtahanı ilə. Bu imtahan diaqnostik xarakter daşıyır və gələcəkdə şagirdin fərdi cədvəlinin qurulması üçün lazımdır.

Sual: Məktəbə qəbul imtahanında yüksək nəticə göstərən şagirdlərə təhsil haqqına güzəşt olunurmu?
Cavab: Xeyr, olunmur.

Sual: Məktəbin yataqxanası varmı?
Cavab: Xeyr, məktəbdə şagirdlərin qalması nəzərdə tutulmamışdır.

Sual: Şagirdlərin vahid forma geyinirlər?
Cavab: Şagirdlər məktəbin xüsusi vahid formasını geyinməlidirlər. Forma məktəb tərəfindən ayrıca ödənişlə verilir.

Sual: Dərslər nə vaxt başlanır və tətillər nə vaxtdır?
Cavab: Dərslər sentyabr ayının 15-dən başlanır və iyun ayının sonunadək davam edir. Tətillər digər orta ümumtəhsil məktəbləri ilə eyni vaxtdadır.

Sual: Şagirdlər xarici ölkələrə dil kurslarına göndərilir?
Bəli, qış və yay tətilləri zamanı İngiltərə, Almaniya və Fransaya ödənişli yolla göndərilir.