Niyə bizi seçirlər?

ImageHeydər Əliyev adına Müasir Təhsil Kompleksi yüksək təlim texnologiyalarının uğurla tətbiq olunduğu ilk müasir özəl təhsil ocağıdır. Bizim Kompleksin digər ümumtəhsil müəssisələrindən fərqli bir sıra səciyyəvi  xüsusiyyətləri vardır. Gəlin onlarla tanış olaq.

  • Kompleks fasiləsiz təhsil sistemini əlaqələndirən vahid bir orqanizmdir. Uşaq bağçası, orta ümumtəhsil məktəbi və musiqi məktəbi əlaqəli, kompleks şəkildə fəaliyyət göstərir.
    Yüksək səviyyəli məişət rahatlığına malik olan, gigiyenik tələblərə tam cavab verən yeməkxana fəaliyyət göstərir.
  • Müasir tələblərə, beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli maddi-texniki baza yaradılmışdır.
    İbtidai təhsil pilləsində şagirdlər seçmə üsulla müvafiq siniflərə qəbul olunurlar. Hər bir şagirdin fərdi inkişafını izləməyə imkan verən xüsusi kartotekası yaradılır.
  • Şagirdlər təlim məşğələlərindən sonra təşkil olunmuş istirahət saatlarında zehni və fiziki yorğunluğu aradan qaldırmaq, boş vaxtlarından səmərəli istifadə etmək imkanı qazanırlar.
  • Şagird şəxsiyyətinin inkişaf etdirilməsi əsas prioritet sayılmaqla, ciddi nizam-intizam, məsuliyyət hissi tərbiyə edilməsi, müəllim-şagird əməkdaşlığının qarşılıqlı hörmət prinsipi əsasında təşkili tərbiyə sisteminin başlıca vəzifəsi hesab olunur.
  • Şagirdlərə yüksək keyfiyyətli biliklər verilir, bacarıq və vərdişlər formalaşdırılır.
  • Mükəmməl və obyektiv 10 ballıq qiymətləndirmə sistemi mövcuddur. Qiymətlərin obyektivliyi təmin olunur. Cari, semestr, imtahan qiymətləri sistemli aparılır və daim nəzarətdə saxlanılır. Valideynlər uşaqların təlim müvəffəqiyyətləri barədə elektron jurnaldan və internetdən müntəzəm məlumatlar əldə edə bilər.
  • Yüksək elmi-pedaqoji və metodiki məharətə malik olan professor-müəllim heyəti formalaşdırılmışdır. Onların böyük əksəriyyəti respublikamızın müxtəlif məktəblərində zəngin iş təcrübəsi qazanmış yüksək ixtisaslı mütəxəssislərdir. Bir çox müəllimlər çoxsaylı dərsliklərin, dərs və metodik vəsaitlərin,  proqramların müəllifidirlər. Onlar haqqında məlumatları müvafiq kafedra bölmələrindən əldə etmək olar.
    Şagirdlərdə tədqiqatçılıq və axtarıcılıq bacarıqlarını formalaşdırmaq üçün Şagird Elmi Cəmiyyəti fəaliyyət göstərir.
  • Ev tapşırıqlarının çox hissəsi məktəbdə müəllimlərin və sinif rəhbərlərinin  nəzarəti altında yerinə yetirilir. Bu valideynləri uşaqlarının ev tapşırıqlarına evdə nəzarət etmək qayğılarından müəyyən qədər  azad edir.
    Hər bir şagirdə fərdi və diferensial (qruplarla iş və təhsil səviyyəsinə görə) yanaşma sistemi mövcuddur.
    Şagirdin zehni yaddaşının, diqqətinin və məntiqi təfəkkürünün inkişafına yönəlmiş xüsusi məşğələlər keçirilir.
  • Müəllimlərin öz yaradıcılıq imkanlarını genişləndirmək, elmi-pedaqoji və metodiki hazırlıqlarını inkişaf etdirmək, ən müasir təlim texnologiyalarına, effektli təlim metodlarına yiyələnmələri üçün lazım olan bütün şərait vardır.
  • Kompleksin məzunları bir qayda olaraq ali məktəblərə yüksək balla daxil olurlar. Bu müvəffəqiyyətləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi www.tqdk.gov.az saytındakı məlumatlar vasitəsilə izləyə bilərsiniz.
  • Kompleksdə I sinifdən etibarən ingilis, rus, ərəb dilləri, VI sinifdən etibarən isə alman və fransız dilləri tədris edilir. VIII və IX siniflərdə ingilis dili dildaşıyıcı müəllimlər tərəfindən tədris olunur.
  • Kompleksin rahat avtobusları vasitəsilə arzu edən şagirdlərə nəqliyyat xidməti göstərilir.
  • Şagirdlərə yüksək səviyyəli tibbi xidmət göstərilir.
  • Şagirdlər yüksək dərəcəli idman müəllimləri tərəfindən tədris edilən idman dərslərində öz fiziki hazırlıqlarını inkişaf etdirmək, müxtəlif idman növləri ilə məşğul olmaq imkanına malikdirlər.
  • Kompleksdə təlim Azərbaycan dilində aparılır.
  • Məktəbin bütün sinif otaqları, laboratoriyaları kompyuterləşdirilmişdir. Hər bir şagirdə fərdi şəkildə müasir kompyuterlərlə işləmək imkanı yaradılmışdır. Onlar I sinifdən başlayaraq kompyuterdə işləmək bacarıqlarına yiyələnirlər.

Növbəti >