| Delta Telecom şirkətinə ekskursiya |
|
Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərimizi İnformasiya Kommunikasiya Texnologiyalarının Azərbaycanda inkişafı və tətbiqi istiqamətində görülən işlərlə yaxından tanış etmək idi. Ekskursiya zamanı məktəbimizin kollektivini Delta Telecom şirkətinin texniki direktoru Rahid Ələkbərli qarşıladı. Rahid müəllim əvvəlcə, məlumat ötürmə texnologiyası olan internetin Azərbaycanda yaranmasından və dinamik inkişafından danışdı. Sonra isə şirkətin ərazisində yerləşən müxtəlif sektorlarla məktəbliləri tanış etdi, orada yerləşən bir çox avadanlıqların, qurğuların və cihazların işləmə prinsipləri haqqında uşaqlara geniş məlumatlar verdi. Şagirdlərimiz isə onları düşündürən və maraqlandıran suallarla tez-tez Rahid müəllimə müraciət edirdilər. O, şagirdlərin hər bir sualını diqqətlə dinləyərək ətraflı şəkildə izah edirdi. Bu ekskursiya şagirdlərimizdə İKT sahəsində yeni biliklərin əldə edilməsinə səbəb oldu.Sonda Rahid müəllim Delta Telecom şirkətinin yaxın gələcəkdə planlaşdırdğı layihələr haqqında da şagirdlərimizə məlumat verdi. Biz də Kompleksimizin bütün əməkdaşları adından onlara gələcək işlərində böyük müvəffəqiyyətlər arzulayırıq! |
| < Əvvəlki | Növbəti > |
|---|



16 yanvar 2010 – cu il tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin V – XI sinif şagirdlərindən bir qrupu İnformatika kafedrasının təşəbbüsü ilə Delta Telecom şirkətinə ekskursiyaya getdilər. Ekskursiyada şagirdlərlə yanaşı məktəbimizin müəllimləri; İnformatika kafedrasından Nazim Mahmudzadə, Asim Rəsulov, Rəna Əhmədova, sinif rəhbərlərindən isə Sevinc Muradova və Aygün Çerpanova iştirak etdilər.


