20 Yanvar - Tariximizin Qan Yaddaşı

Image19 yanvar 2010 – cu il tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “ 20 Yanvar Tariximizin - Qan Yaddaşı” mövzusunda tədbir keçirildi. Tədbiri Tarix kafedrasının müdiri Sevda Xəlilova giriş sözü ilə açdı. O, ölkəmizə qarşı ərazi iddiası irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və 1990 – cı ilin 20 Yanvarında keçmiş SSRİ  rəhbərliyinin onlara havadarlıq edərək  ölkəmizdə törətdikləri dəhşətli faciədən danışdı.

Sevda xanım öz çıxışında  çox maraqlı və dəqiq faktlara əsaslanaraq, şagirdlərimizə o müdhiş gecə haqqında geniş məlumat verdi. Sonra isə Qarabağ mövzusunda kinofilm nümayiş etdirildi.
Məktəbimizin şagidləri də heç vaxt xalqımız tərəfindən unudulmayan bu qanlı hadisələri dərin hüzünlə yad edərək, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş sərgi hazırlamışdılar. Sərgidə müxtəlif əl işləri ilə 20 Yanvar hadisələri canlandırılmışdı.
O qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, 20 Yanvar faciəsi xalqımızın qan yaddaşında əbədi yşayacaqdır. Allah – Taala bütün şəhidlərimizə rəhmət eləsin!
ImageImage
ImageImage


< Əvvəlki   Növbəti >

Mezunlar

Vakansiya