Məzunlarla Görüş

Hər il  yanvar ayının son şənbə günü  Heydər Əliyev adına Müasir Təhsil Kompleksində  ənənəvi olaraq Məzunlarla  görüş keçirilir. Ənənəyə sadiq qalaraq 30 yanvar 2010 – cu il tarixində  Kompleksimizdə Məzunlarla  görüş keçirildi. Görüşdə məktəbi bitirən bir çox gənclər iştirak edirdilər. Məzunlarla görüşə məktəbimizin müəllim və şagird kollektivi də qatılmışdı.

Tədbiri giriş sözü ilə Kompleksimizin direktoru Fizika – riyaziyyat elmləri namizədi, dosent  Sevinc xanım Rzayeva  açaraq bütün iştirakçıları salamladı. Əvvəlcə o, məktəbimizin bu ilki məzunlarını respublikamızın və xarici ölkələrin nüfuzlu ali məktəblərinə daxil olaraq tələbə adına layiq görülməsi münasibətilə təbrik etdi. Onların bu şərəfli adı qazanmasında müəllim əməyinin böyük rolu olduğunu söylədi.  O, bütün gənclərimizə xoşbəxt həyat və gələcək işlərində böyük müvəffəqiyyətlər arzuladı.

Sonra isə söz məktəbin direktoru, Kimya elmləri namizədi Nasim Abışova verildi. O da öz növbəsində tələbə adını qazanmış gəncləri təbrik etdi və  məzunlarımızın bu vaxta qədər əldə etdikləri nailiyyətlərindən söz açdı. Onların uğurlarının məktəbimizin indiki nəsli üçün örnək olmasını qeyd etdi.

Daha sonra Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Sədaqət xanım Əhmədova çıxış edərək məzunlara  ürək sözlərini söylədi. Gənclərimizin məktəb həyatı ilə bağlı bəzi maraqlı və xoş xatirələrini yada saldı.

Görüşün rəsmi hissəsindən sonra tədbir konsert proqramı və ziyafətlə davam etdi. Mərasimdə əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. Məzunlarımız ritmik musiqi sədaları altında öz müəllimləri  ilə birgə rəqs edərək  şənləndilər.

ImageImage
ImageImage
ImageImage
ImageImage
ImageImage


< Əvvəlki   Növbəti >

Mezunlar

Vakansiya