Əlifba Bayramı |
1, 2 mart 2010-cu il tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində birincilərin “Əlifba bayramı” keçirildi.
Birinciləri təbrik etmək üçün tədbirə yuxarı sinif şagirdləri ilə yanaşı kompleksimizin nəzdində fəaliyyət göstərən uşaq bağçasının və 39 saylı Uşaq Musiqi məktəbinin şagirdləri də qatılmışdılar. Birincilər bu vaxtadək aldıqları bilik və bacarıqları nümayiş etdirərək bir çox dillərdə şeir, mahnı ifa etdilər, nağıllar aləminə səyahət edərək maraqlı səhnəciklər göstərdilər. Onların hər bir çıxışı böyük coşqu ilə qarşılanırdı. Gənc idmançılarımızın çıxışı isə tədbiri daha da canlandırdı. |
< Əvvəlki | Növbəti > |
---|