Log In






Lost Password?
No account yet? Register

Online

We have 6 guests online
English in Action kursu
01.02.2010 tarixindən 26.02.2010 tarixinədək Böyük Britaniyadan  dəvət olunmuş əcnəbi  müəllimlər məktəbimizdə bir aylıq “English in Action” kursunu tədris etdilər. 
Kursun mərkəzi ofisi Birləşmiş krallığın Canterbury şəhərində yerləşir. “English in Action” kursunun əsas məqsədi İngilis dilini şagirdlərə əqli və fiziki aktivlik şəraitində tədris etməkdir. Dərslər siniflərə uyğun olaraq müxtəlif səviyyələr üzrə aparıldı və ayın sonunda şagirdlərə sertifikatlar təqdim olundu.

Fevral ayının 25-də isə şagirdlərimiz əcnəbi müəllimlərlə birlikdə tədbir keçirdilər. Uşaqlarımızın ingilis dilində hazırladıqları səhnəciklər və rəngarəng çıxışlar qonaqlarımızda xoş təəssürat oyatdı.
Tədbirin sonunda isə Teresa Scott, Dale Ogilvy və David Evans çıxış edərək məktəbimizə dəvət olunduqlarına görə kompleksimizin rəhbərliyinə öz dərin təşəkkürlərini bildirdilər.
Qonaqlarımızın məktəb, şagirdlər və müəllimlər haqqında fikirləri:

 

Dale Ogilvy

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi müasir standartlara cavab verən, özündə həm müasirliyi həm də ənənəviliyi birləşdirən bir tədris ocağıdır. Bu cəhətdən də mən MTK-nı ən yüksək səviyyəli Britaniya məktəblərinə bənzədirəm. Bu məktəbdə yüksək standartlar və dəyərlər hər bir sahədə özünü göstərir.

Şagirdlər mehriban, öyrənməyə can atan və bacarıqlıdırlar. Şagirdlərin Müasir Təhsil Kompleksində əldə etdikləri bacarıq və vərdişlər onların gələcəkdə yaxşı vətəndaş olmalarına zəmin yaradır.

Məktəbin müəllimləri dərsdə müasir metodlardan yüksək səviyyədə istifadə edirlər və bu da öz növbəsində şagidlərə öyrənmək üçün gözəl şərait yaradır.

 

Teresa Scott

 Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçirdiyim 4 həftə mənim üçün heç vaxt unutmayacağım çox xoş bir təcrübə oldu. Məktəbin bütün müəllim heyəti çox mehriban və  səmimi idilər. Şagirdlərin yüksək səviyyəli ingilis dili biliyi müəllimlərin gərgin əməyinin göstəricisidir. Etiraf edirəm ki, mən şagirdlərin bilik səviyyəsinin bu dərəcədə olacağını gözləmirdim.

Məktəbin şagirdlərinə dərs demək mənə xüsusi zövq verdi. Hətta nisbətən zəif şagirdlər belə öyrənməyə çox böyük həvəs göstərirdilər. Eyni zamanda onlar çox mehriban və nəzakətli idilər.

Məktəbin maddi-texniki potensialı təlim prosesi üçün əlverişli mühit yaradır və müasir standartlara cavab verir.

 

David Evans

 Mən məktəbin Anglia proqramı əsasında təhsil alan ingilis təmayüllü 4i və 5i siniflərində dərs keçdim. Mən bu siniflərdə kursun 4 və 5-ci sinifləri üçün müvafiq olan səviyyələri üzrə dərsləri tədris etməyi nəzərdə tutmuşdum. Lakin şagirdlərin gözlədiyimdən daha yüksək ingilis dili səviyyələrini aşkar etdikdən sonra proqramı dəyişmək məcburiyyətində qaldım. Bu isə məktəbdə tədrisin yüksək səviyyədə olmasını sübut edir. Dərs dediyim vaxt ərzində şagirdlərin dərsə olan maraqlarından və yaradıcılıq qabiliyyətlərindən yüksək zövq aldım.

ImageImage
ImageImage
ImageImage
ImageImage
ImageImage
ImageImage
ImageImage
ImageImage

 


< Prev   Next >
 

Mezunlar

Vakansiya