Olimpiada

Log In






Lost Password?
No account yet? Register

Online

We have 1 guest online

Mezunlar

Vakansiya
“Son zəng” tədbiri
Thursday, 31 May 2012
31.05.2012-ci il tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin məktəbində “Son zəng” tədbiri keçirildi. 

İlk olaraq aparıcı sozü kompleksin direktoru f-r.e.n. dosent  Sevinc xanım Rzayevaya verdi. Sevinc xanım məzunları, onların valideynlərini, bütün pedaqoji kollektivi bu əlamətdar gün münasibətilə təbrik etdi. O, qeyd etdi ki, bu ilki məzunlar bağça dövründən bu təhsil ocağındadırlar və Kompleksin əsl yetirmələridirlər. Sevinc xanım məzunlarımızın indiyədək tədrisdə böyük uğurlar  qazandıqları kimi, gələcəkdə də öz uğurları ilə müəllim və valideynlərini sevindirəcəklərinə əminliyini ifadə etdi. O, vurğuladı ki, 12  nəfər məzun Təhsil Nazirliyinə qızıl və gümüş medallara namizəd göstərilib və inanırıq ki, onlar buraxılış imtahanlarını da müvəffəqiyyətlə verərək bu etimadı doğruldacaqlar.
Daha sonra söz məktəbin direktoru  k.e.n. Nasim Abışova verildi. Nasim müəllim də təbriklərə qoşuldu və qeyd etdi ki, bu ilki məzunlar bir çox ilklərə imza atıb, belə ki, onlar həm də ilk eksperimental sinif məzunlarıdır. Nasim müəllim onu da qeyd etdi ki, bu ilki məzunlarımızdan  8  nəfəri  artıq müxtəlif xarici ölkələrin nüfuzlu alı məktəblərinə qəbul olunmuşlar. O, digər məzunlara da qəbul imtahanlarında uğurlar arzuladı, onunculara da məzunların yolunu layiqincə davam etdirmək üçün səylə çalışmalarını tövsiyə etdi.
Tədbidə birincilər də öz şeir töhfələrilə onbirinciləri təbrik etdilər. Məkətbin müəllimləri Xumar Qazıyeva, Rafiq Məmmədov da  məzunları, valideynləri təbrik etdilər, onlara tələbəlik sevincini yaşamağı, vətənimizə layiqli övladlar olmalarını dilədilər.
Məzunlar da öz növbələrində rəhbərliyə, müəllimlərə uzun illər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Doğma məktəbi heç vaxt unutmayacaqlarını və adını daim uca tutacaqlarını bildirdilər.
Sonda birincilər məzunlara gül-çiçək dəstələri təqdim etdilər. Xatirə şəkilləri çəkildi.
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image


< Prev   Next >
 
Anglia Ascentis