Olimpiada

Giriş






Parol yaddan çıxıb?
Siz qeydiyyatdan keçməmisiniz. Qeydiyyat

Sayta baxırlar

Sayta baxırlar:
1 qonaq

Mezunlar

Vakansiya
Heydər Əliyev Adına Müasir Təhsil Kompleksi

Əsası 2001-ci ildə qoyulmuş Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Azərbaycanın özəl təhsil müəssisələrindən biridir. Kompleksin məqsədi – milli ruhda nümunəvi tərbiyə və təhsil sistemi yaratmaqdır.
Kompleksin açılışında iştirak edərkən xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi “belə bir məktəb mənim bu gün verdiyim tövsiyələri yerinə yetirəcəkdir və beləliklə də, daha da yüksək bilik almış, gələcək üçün hərtərəfli hazırlıqlı gənclər buraxacaqdır ” sözlərini əldə rəhbər tutaraq, bu istiqamətdə uğurla çalışırıq. Kompleks 3 hissədən ibarətdir: uşaq bağçası, orta ümumtəhsil məktəbi və 39 saylı musiqi məktəbi.

Daha ətraflı...

Məktəbə qəbul elanı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi 2012-2013-cü tədris ilində ödənişsiz və ya güzəştlə təhsil almaq üçün azərbaycan bölməsinin X,XI siniflərinə şagird qəbulu elan edir. Məktəbə qəbul imtahanla (ixtisas qrupunun fənləri üzrə) keçiriləcəkdir. İmtahanda iştirak etmək üçün  burada qeydiyyatdan keçə bilərsiniz. İmtahana buraxılış vərəqəsini almaq ücün aşağıdakı sənədləri məktəbin tədris hissəsinə təqdim etmək lazımdır:
1.Şəkilli şəxsiyyət vəsiqəsinin surəti  (əgər yoxdursa doğum haqda şəhadətnamənin surəti və məktəb və ya yaşayış yerindən şəkilli arayış)
2. İki ədəd 3x4 sm ölçüdə rəngli şəkil
 
Sənədlərin qəbulu və imtahanın keçirilmə tarixi barəsində məlumat sizə əvvəlcədən bildiriləcəkdir. Əlavə məlumat üçün 012 596-71-73 nömrəli telefona zəng edə bilərsiniz.

İşə qəbul elanı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi  2012-2013-cü tədris ili üçün aşağıda qeyd olunan vəzifələri tutmaq üçün müsabiqə elan edir:

1.    Riyaziyyat kafedrası  -  müəllim
2.    Rus dili kafedrası    -   müəllim
3.    Avropa dilləri kafedrası  -  müəllim
4.    Avropa dilləri kafedrası  -  laborant
5.    Tarix kafedrası  - müəllim
6.    Fizika kafedrası – müəllim
7.    Azərbaycan dili və ədəbiyyat kafedrası – müəllim
8.    İbtidai təhsil kafedrası -  müəllim-assistent
9.    Sinif rəhbəri  

Müsabiqədə iştirak etmək üçün burada qeydiyyatdan keçə bilərsiniz.
Qeyd:  Sinif rəhbəri vəzifəsinə qəbul zamanı riyaziyyat, fizika, kimya və coğrafiya ixtisaslı müəllimlərə üstünlük verilir. Əlaqə telefonu : (012) 596-71-73

V “İntellekt” Olimpiadası
05 may 2012-ci il tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Ulu Öndər Heydər Əliyevin 89-cu il dönümünə həsr olunmuş məktəblilərin V «İntellekt» Olimpiadası keçirildi.
Daha ətraflı...

Bədən tərbiyəsi və idman kafedrasının müəlliminin uğuru
Məktəbimizin bədən tərbiyəsi və idman kafedrasının müəllimi Kərimova Dürsədəf Muxtar qızı  Heydər Əliyev adına Bakı Beynəlxalq Cüdo üzrə Qran- Pri Turnirində ( may 2012-ci il )  I yer tutmuşdur. 
Daha ətraflı...

“Galereya 1969” sərgi keçirildi

07 – 08.05.2012  - ci il tarixlərində “Galereya 1969” sərgi  salonunda Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 89–cu  il dönümünə  həsr olunmuş sərgi keçirildi. 

Daha ətraflı...

<< Başa < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Axıra >>

Göstərir 1 - 6 Cəmi 462
 
Anglia Ascentis