Bizim kurikulum

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) ibtidai məktəbi 6-11 yaşlı uşaqları yüksək keyfiyyətli təhsil və qayğı ilə təmin edir.

Biz əsas təhsil proqramımız kimi beynəlxalq miqyasda tanınan Kembric İbtidai Kurikulumunu (Cambridge Primary ) tətbiq edirik. MTK-da istifadə olunan Kembric İbtidai tədris proqramı beynəlxalq və milli kurikulum standartlarına uyğun xüsusi hazırlanmışdır.
Şagirlərimizin bir vətəndaş kimi qürur hissi ilə böyüməsi, eləcə də Azərbaycan dilində səlis danışmasını təmin etmək üçün Kembric İbtidai  proqramının və Azərbaycan Milli Kurikulumunun  müsbət elementlərini özündə birləşdirərək, maraqlı, autentik ikidilli təlim mühiti yaradılmışdır. Qeyd etmək istəyirik ki, yerli və qlobal mövzular, tarix və hadisələr tədrisdə, eləcə də məktəbin tədbirlər təqvimində öz əksini tapmışdır.

Kembric İbtidai Kurikulumu oxu, yazı, danışıq və dinləmə ilə yanaşı, riyaziyyat və təbiət fənlərinin effektiv tədrisini özündə birləşdirərək, tədris və öyrənmə üçün əyləncəli və yaradıcı mühit təmin edir.

İbtidai məktəbdə tədris olunan fənlər:

  • İngilis dili
  • Fərdi, sosial və tibbi maariflənmə (PSHE) - RULER 
  • Riyaziyyat
  • Azərbaycan dili
  • Rus dili
  • Müasir xarici dillər (fransız dili, alman dili, ərəb dili)
  • Sosial biliklər (Azərbaycan və dünya tarixi, coğrafiya)
  • Azərbaycan tarixi (5-ci sinif)
  • Təbiət elmləri
  • STEAM
  • Musiqi
  • Təsviri incəsənət
  • Fiziki tərbiyə (idman oyunları, gimnastika, rəqs və üzgüçülük)
 

*PSHE və RULER (Sosial Emosional Təlim) proqramı haqqında

 
PSHE dərsləri Yale Emosional İntellekt Mərkəzi tərəfindən hazırlanmış RULER (Sosial Emosional Təlim) proqramı  əsasında tədris olunur. RULER proqramı dünya təcrübəsində öz təsdiqini tapmış sosial emosional yanaşmadır. RULER proqramı bütün məktəb icmasının- heyət, şagird və valideynlərin mental rifahını aşağıdakı yollar vasitəsilə dəstəkləyir:

 

  • Emosiyaların vacibliyinin dərk edilməsi
  • Emosional intellekt bacarıqlarının formalaşdırılması
  • Müsbət məktəb mühitinin yaradılması və saxlanılması
 
Biz Azərbaycanda ilk (hal-hazırda yeganə) RULER (Sosial Emosional Təlim) proqramı tətbiq olunan məktəb olmağımızla qürur duyuruq!
 
  Müasir Təhsil Kompleksində bütün məktəb mühitinə müsbət təsir edən RULER yanaşması haqqında ətraflı məlumat almaq üçün https://www.rulerapproach.org/  keçidindən istifadə edin.
 

İbtidai məktəbin strukturu, bölmələri və müəllim heyəti


Şagirdlər MTK ibtidai məktəbində beynəlxalq proqram üzrə təhsil alır. 

 1-5-ci siniflərdə Kembric İbtidai Kurikulumu tətbiq olunur . 1-4-cü siniflərdə valideynlər əlavə rus dili saatları seçmə imkanına malikdirlər.

İbtidai bölmənin müəllim heyəti həm yerli, həm də peşəkar xarici mütəxəssislərdən ibarətdir. 

İngilis dili beynəlxalq sertifikatlı, ana dili ingilis dili olan xarici müəllimlər tərəfindən tədris olunur.

MTK müəllim heyəti cəmiyyətdə ömürboyu öyrənən liderlər kimi xidmət göstərməyə və şagirdlərdə mükəmməllik, dözümlülük, öyrənməyə həvəs və əzmkarlıq kimi dəyərlərın inkişafına təkan verən bacarıqları formalaşdırmağa maraqlıdırlar.

İngilis dilini ikinci dil kimi öyrənən şagirdlərin ehtiyaclarının ödənməsi

Müasir Təhsil Kompleksi Azərbaycan dili ana dili olan ölkədə yerləşən bir beynəlxalq məktəbdir.  Bizim müəllim heyətimiz ingilis dilini başlanğıc, orta və yüksək/ ana dili səviyyələrinə uyğun formada müxtəlif qruplar üzrə tədris edən mütəxəssislərdir.

Biz buna müxtəlif dil səviyyəsi olan şagirdlərə diferensiallaşdırılmış tapşırıqlar, ikidilli resurslar təqdim etmək, praktiki və təcrübi öyrənmədən geniş istifadə etmək, bəzi şagirdlərə əlavə dərslər vermək və bir çox digər üsullarla nail oluruq.

Övladınızın tədris aldığı təhsil səviyyəsində əsas müəllim heyəti ilə yanaşı, ingilis dilinin  ikinci dil olaraq tədrisinə və təlimə dəstək (ESL & LS) koordinatoru, ixtisaslı, təcrübəli ingilis dili müəllimlərindən ibarət xüsusi komanda çalışır.

Zəhmət olmasa, daha ətraflı məlumat üçün qəbul komandamıza və akademik idarəetmə heyətinə müraciət edə bilərsiniz.

 

Qiymətləndirmə

İbtidai  siniflərdə aşağıda göstərilən üsullardan istifadə edərək şagirdlərin təlim- tərbiyə prosesindəki inkişaf dinamikasını yaxından izləyirik:

  • yaş səviyyələri nəzərə alınmaqla bütün əsas fənlər üzrə müntəzəm şəkildə tətbiq olunan standartlaşdırılmış testlər vasitəsilə şagirdlərin akademik inkişafına nəzarət edərək;(Məsələn, Kembric semestr və İnkişaf dinamikası imtahanları);
  • şagirdlərin Beynəlxalq orta təhsildə müvəffəqiyyət qazanmasına hazırlığını yoxlamaq üçün “Cambridge Assessment Checkpoint” imtahanlarından istifadə edərək;
  • davranış üzrə qiymətləndirməni (dərsə münasibətin, diqqətin, sosial və qrup işi bacarıqlarının müəllim tərəfindən qiymətləndirilməsi) rəylər vasitəsilə mütəmadi olaraq tətbiq edərək;
  • fənn üzrə mütəmadi olaraq müvafiq rəylərlə müşayiət olunan qiymətləndirmə tətbiq edərək;
  • semestrdə bir dəfə/ ildə iki dəfə valideynlərə izahlı rəylərlə müşayiət olunan şagirdlərin yekun nəticələri haqqında ətraflı yazılı hesabatlar təqdim edərək;

Yuxarıda qeyd olunanların hamısı hər bir şagird haqqında ətraflı məlumat daşıyan e-mtk jurnalı vasitəsilə valideynlərə aydın və səmərəli şəkildə təqdim olunur.

NİYƏ MTK?

MTK-nın ibtidai təhsil səviyyəsini fərqləndirən xüsusiyyətlər:

  • Hər bir şagirdə xüsusi diqqət 
  • Peşəkar əcnəbi və yerli mütəxəssislər tərəfindən yüksək keyfiyyətli tədris;
  • Hər sinifdə interaktiv lövhələrlə yanaşı, STEAM, fiziki tərbiyə, təsviri incəsənət və təbiət elmləri üçün tam təchiz olunmuş, ən müasir tədris məkanları ilə müasir təlim mühiti;
  • Kembric İbtidai Kurikuluma əsaslanan cəlbedici orijinal ikidilli proqram;
  • Yale Emosional İntellekt Mərkəzinin RULER proqramı vasitəsilə sosial və emosional bacarıqların sistematik şəkildə tətbiq olunduğu müsbət emosional iqlim;
  • Uşaqlara ingilis dilində tam akademik bacarıq əldə etməyə və ana dilində sərbəst danışmağa imkan verən təhsil;
  • Uşaqların maraq dairəsinə uyğun olaraq onların fiziki və zehni inkişafını dəstəkləyən dərnəklər;
  • Həm təkbətək, həm də e-mtk jurnalı vasitəsilə şagirdlərin şəxsi inkişafı və təlim nəticələri ilə  bağlı müntəzəm olaraq ətraflı rəylərin verilməsi;
  • Valideynlərin də müntəzəm iştirak etmək imkanı olan maraqlı tədbirlərin, öyrədici ekskursiyaların təşkil olunması.

Bizim tərtib etdiyimiz kurikilum sayəsində MTK-nın məzunları gələcəkdə yüksək seçim imkanına və çevikliyə malik olurlar.

MTK məzunları ən azı iki dildə tam akademik biliklərə sahib olur, əksəriyyəti isə üç və ya daha artıq dildə sərbəst danışa bilirlər. Bu isə o deməkdir ki, həm vətəndə, həm də xarici ölkələrdə geniş təhsil və karyera imkanları onların üzünə daim açıq olacaqdır.

Ətraflı məlumat: +994552028401
Qeydiyyat: https://www.mtk.edu.az/az20/
Elektron poçt ünvanı: admissions@mtk.edu.az