Dərsdənkənar proqramlar

MTK Hero Background

 

Kompleksimizdə akademik təhsil ilə yanaşı dərnəklər (klublar) mövcuddur ki,bu da şagirdlərin vaxtlarını səmərəli keçirməsinə xidmət edir. Bu dərnəklərdə şagirdlərimiz həm fiziki, həm incəsənət, həm zehni həm də İKT cəhətdən özlərini inkişaf etdirə bilərlər. 

Dərnəklərimiz professional müəllimlər tərəfindən keçirilir. Hazırda Kompleksimizdə 30-a yaxın dərnək fəaliyyət göstərir.Buna misal olaraq , rəsm, şahmat, karate, badminton, basketbol, futbol,üzgüçülük, qılıncoynatma, intellektual klub, yoga,modern rəqs və s. göstərmək olar. Şagirdlərimiz öz istəklərinə uyğun olaraq dərnəkləri seçirlər.

 Klublara seçim ildə 2 dəfə baş tutur. I və II semestrin əvvəllərində Signup.com saytı vasitəsilə seçim olur. Klublar saat 15:50-də başlayıb 16:30-da bitir. Klub seçimi müstəqildir. Övladının klublarda iştirak etməsini istəməyən valideyn klub vaxtı övladını evə apara bilər

 

Qeydiyyat