Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) Yuxarı təhsil pilləsində 14-18 yaşlı şagirdlər yüksək keyfiyyətli təhsil və qayğı ilə təmin olunurlar.
Beynəlxalq nüfuzlu Kembric kurikulumları (Kembric orta məktəb pilləsinin yuxarı sinifləri və Kembric yüksək səviyyə (A-level)) təhsil proqramımızın mərkəzində durur. MTK-da istifadə olunan Kembric proqramları beynəlxalq kontekstə uyğunlaşdırılmışdır və Azərbaycanın Milli Kurikulum tələblərini də özündə ehtiva edir. Dərslərin böyük əksəriyyətinin ingilis dilində tədris olunmasına baxmayaraq, ingilis dilində olan tədris ilə Azərbaycan dilində olan tədris arasında yerli və əcnəbi şagirdlərin ehtiyaclarına yönəlmiş incə fərqlər özünü göstərir.
Yerli ölkə şagirdlərini öz milli kimliklərilə fəxr etməyə, eləcə də ana dilində səlis danışmağa həvəsləndirmək üçün biz Kembric kurikulumunu Azərbaycan dili, yerli kurikuluma uyğun riyaziyyat, Azərbaycan tarixi, Azərbaycan ədəbiyyat və Azərbaycan coğrafiyası kimi icbari fənlərlə birləşdirmişik. MTK-da tam orta təhsilini müvəffəqiyyətlə başa vuran bütün şagirdlər attestat alırlar. Azərbaycana dair, eləcə də regional və qlobal əhəmiyyətə malik mövzular və tarixi hadisələr tədrisdə, həmçinin məktəbin tədbirlər təqvimində öz əksini tapır.10-cu sinif və 11-12-ci sinif şagirdlərinin təhsili IGCSE, AS və A-Level (AS/A-səviyyə) imtahanlarının verilməsi ilə tamamlanır. Bu ixtisaslar Azərbaycanda və xaricdə geniş şəkildə tanınır və dünyanın ən yaxşı universitetlərinə daxil olmağa imkan verir.

Yuxarı təhsil pilləsində təklif olunan fənlər
IGCSE, AS və A səviyyələri nə üçündür və harada tanınır?
Kembric beynəlxalq ümumi orta təhsil sertifikatları (IGCSEs) 14-16 yaşlı şagirdlər üçün dünyanın ən qabaqcıl kvalifikasiyası hesab olunur və şagirdlərə demək olar ki, digər beynəlxalq kvalifikasiyalardan daha çox seçim imkanı verir. Şagirdlər ingilis dili, riyaziyyat, bir neçə təbiət fənni, bir və ya daha çox müasir xarici dil, müxtəlif humanitar fənləri öyrənirlər.
IGCSE haqqında ətraflı məlumatı bu keçiddən və Kembric Qiymətləndirmə Beynəlxalq Təhsil saytından əldə etmək mümkündür.
A və AS Təkmil səviyyələri (Cambridge Advanced və Advanced Subsidiary Level) 16-19 yaşlı şagirdlər üçün dünyanın ən nüfuzlu kvalifikasiyası hesab olunur. Bunlar universitetə qəbul üçün “qızıl standart” sayılır, Azərbaycanda və xaricdə geniş şəkildə qəbul edilir. AS və A səviyyələri üzrə təhsil almaq fənləri dərindən anlamağa və müstəqil düşünmə bacarıqlarını inkişaf etdirməyə kömək edir.
AS səviyyəsini tamamlamaq üçün bir il, A səviyyəsi üçün isə iki il tələb olunur. A səviyyəsinin üstünlüyü odur ki, daha dərin bilik verməklə yerli və ya xarici universitetdə Təməl kursunu keçmədən birbaşa bakalavr təhsilinin birinci kursuna qəbul olunmağa imkan verir. A-səviyyəsini tamamlayan şagirdlərdən universitetə qəbul zamanı IELTS və ya digər buna ekvivalent ingilis dili sertifikatı təqdim etmək adətən tələb olunmur. Şagirdlər əsasən özlərinin güclü tərəflərinə və maraqlarına əsaslanan, həm də gələcək karyera seçimlərini dəstəkləyən üç-dörd fənni seçib, onları dərindən öyrənirlər.
AS və A səviyyələri haqqında ətraflı məlumatı bu keçiddən və Kembric Qiymətləndirmə Beynəlxalq Təhsil saytından da əldə edə bilərsiniz.
Kembric kvalifikasiyalarının dünya üzrə hansı məktəb və universitetlər tərəfindən tanındığı və qəbul edildiyi ilə bağlı xüsusi məlumatı bu keçiddən tapa bilərsiniz.
Orta məktəbdə liderlik proqramları
Müasir Təhsil Kompleksi şagirdlərimizdə liderlik bacarıqlarını inkişaf etdirən bir sıra proqramlar təklif etməkdən qürur duyur, məsələn, Birləşmiş Millətlər Təşkilatının Modeli klubu və konfranslar. Bunlar şagirdlərdə güclü öyrənmə bacarıqları formalaşdırmaqla yanaşı, universitetlərə müraciət prosesi üçün ideal zəmin yaradır, belə ki, getdikcə daha çox universitet şagirdlərdən əsas akademik kurrikulum götəricilərindən əlavə kurikulumdankənar fəaliyyətlər sahəsində də nailiyyətlər tələb edir.
Yuxarı təhsil pilləsində məktəbin strukturu və müəllim heyəti
Sinif rəhbərləri adətən yerli ölkə vətəndaşlarıdır; əcnəbi və yerli müəllimlər isə fənn üzrə mütəxəssislər kimi fəaliyyət göstərirlər. Əlavə məlumat əldə etmək üçün Beynəlxalq Bölmə - Orta məktəbin idarəetmə heyəti bölməsinə nəzər yetirə bilərsiniz.

Qiymətləndirmə
Beynəlxalq bölmə: yuxarı təhsil pilləsində şagirdin inkişafını izləmək və rifah halına nəzarət etmək üçün müxtəlif üsullardan istifadə edirik.
Yuxarıda qeyd olunan məlumatların hamısı hər bir şagird haqqında özündə analitik hesabat daşıyan e-mtk tətbiqi vasitəsilə valideynlərə aydın və səmərəli şəkildə təqdim olunur.
İmtahanlar və kvalifikasiyalar
Beynəlxalq bölmənin Yuxarı təhsil pilləsində təhsil alan şagirdlər aşağıdakı cədvəldə göstərilən xarici akkreditasiya almış imtahanları verirlər:
| Sinif | İmtahan | Fənlər | Məqsəd |
| 9 | Azərbaycanın dövlət imtahanları* | Azərbaycan dili, Milli kurikulum üzrə riyaziyyat və xarici dil | Azərbaycanlı şagirdlərin icbari təhsili başa vurduqlarını təsdiqləyən sənədin əldə edilməsi üçün tələb olunan imtahanlar olub, yerli və bir çox xarici universitetlər tərəfindən tələb olunur. |
| 10 | Kembric beynəlxalq ümumi orta təhsil sertifikatları (IGCSEs) | İngilis dili, riyaziyyat və şagird tərəfindən seçilən əlavə fənlər (ümumi 7-9 fənn) | Şagirdin müxtəlif fənlər üzrə biliklərini yoxlayan və 11-ci sinifdə təhsil almağa imkan verən beynəlxalq səviyyədə akkreditasiya olunmuş imtahanlar olub Cambridge Assessment International Education (CAIE) tərəfindən keçirilir. |
| 11 | Azərbaycanın dövlət imtahanları* | Azərbaycan dili, Milli kurikulum üzrə riyaziyyat və xarici dil | Azərbaycanlı şagirdlərin icbari təhsili başa vurduqlarını təsdiqləyən sənədin əldə edilməsi üçün tələb olunan imtahanlar olub, yerli və bir çox xarici universitetlər tərəfindən tələb olunur. |
| 11 | Cambridge Advanced Subsidiary Level Examinations (AS Level) | Şagird tərəfindən gələcək universitet və karyera seçiminə uyğun olaraq seçilən 3-4 fənn | Şagirdə Azərbaycanda və xaricdə yüksək reytinqli universitetlərə müraciət etməyə imkan verən beynəlxalq səviyyədə akkreditasiya olunmuş və Cambridge Assessment International Education (CAIE) tərəfindən təmin edilən imtahanlardır. |
| 12 | Cambridge Advanced Level Examinations (A Level) | Şagird tərəfindən gələcək universitet və karyera seçiminə uyğun olaraq seçilən 3-4 fənn | Şagirdə Azərbaycanda və xaricdə yüksək reytinqli universitetlərə müraciət etməyə imkan verən beynəlxalq səviyyədə akkreditasiya olunmuş və Cambridge Assessment International Education (CAIE) tərəfindən təmin edilən imtahanlardır. |
* Azərbaycanlı şagirdlər üçün məcburi, digərləri üçün könüllüdür.
Niyə MTK?
MTK-nın Beynəlxalq kurikulumunu fərqləndirən xüsusiyyətlər:
Biz tədris proqramımızı şagirdlərimizin MTK-da öz təhsillərini yüksək səviyyədə başa vurması və gələcəkdə geniş imkanlara sahib olması üçün hazırlamışıq.
MTK məzunları akademik ingilis dilində, eləcə də öz ana dilində yüksək səviyyədə danışa biləcək və bu da onlar üçün həm vətəndə, həm də xarici ölkələrdə təhsil və karyera baxımından bir sıra geniş imkanlara qapı açacaqdır!
Ətraflı məlumat: +994552028401
Qeydiyyat: https://www.mtk.edu.az/az20/
Elektron poçt ünvanı: admissions@mtk.edu.az