Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin məktəbəqədər təhsil pilləsi 2-6 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur.

Məktəbəqədər (Pre-Nursery, Nursery və Reception) təhsil 2-5 yaş arası qruplarda beynəlxalq səviyyədə tanınmış və beynəlxalq standartlara əsaslanan Böyük Britaniya kurikulumu - Early Years Foundation Stage Curriculum (EYFS) sistemi tətbiq olunur.
Məktəbəhazırlıq səviyyəsində (Transition) təhsil 5-6 yaş arası qruplarda beynəlxalq səviyyədə tanınmış və beynəlxalq standartlara əsaslanan Kembric İbtidai Tədris Kurikulumu üzrə 1-ci mərhələ tədris olunur.

EYFS proqramı (Pre-nursery, Nursery, Reception)
Biz hər bir uşağın özünəməxsusluğuna, onların hər birinin xüsusi istedada, bacarığa və fərdi öyrənmə üslubuna sahib olduğuna inanırıq. Araşdırmalar göstərir ki, uşaqlar fərqli yollarla və müxtəlif templə öyrənir, inkişaf edirlər. Bu səbəbdən də məktəbəqədər pillədə öyrənmə prosesinin və inkişafın bütün mərhələlərinə eyni dərəcədə əhəmiyyət verilməsinə və bir-birilə sıx əlaqədə olmasına çalışırıq.
Bizim bütün yaş (pre-nursery, nursery, reception) qruplarında tətbiq olunan əsas kurikulum fiziki, mental və emosional sağlamlığı dəstəkləyən təhlükəsiz və qayğıkeş mühit təklif etməklə yanaşı, müsbət ünsiyyət bacarıqlarının inkişafına xidmət edir. Biz əsasən uşaqlarda təməl biliklər və riyazi bacarıqların, o cümlədən, yaradıcı qabiliyyət və maraqların, həmçinin ətraf aləmi anlamanın inkişaf etdirilməsinə diqqət yetiririk.
EYFS kurikulumu özündə 7 tədris və inkişaf sahəsini birləşdirir:

Fərdi, sosial və emosional inkişaf
Biz uşaqlara özlərinə və başqalarına qarşı müsbət hisslər bəsləməyi, qarşı tərəfə hörmətlə yanaşmağı, sosial bacarıqları və öyrənməyə sevgini aşılayırıq.
Ünsiyyət və dil
Uşaqların dil, ünsiyyət və dinləmə bacarıqları daim dəstəklənir və inkişaf etdirilir.

Riyazi bacarıqların inkişafı
Biz riyazi anlayışları şagirdlərin təhlil edə, öyrənə, təcrübədən keçirə və özünün inkişafda olan təfəkkürünə uyğun nəql edə biləcəyi müxtəlif, geniş kontekstlərdə inkişaf etdiririk.

Ətraf aləmlə tanışlıq
Biz uşaqlara bir sıra vasitələrdən istifadə edərək təhlükəsiz şəraitdə dünyanı anlamağa, dərk etməyə dəstək oluruq. Tədris prosesində uşaqların canlı və cansız aləmlə münasibətini təmin etmək, təcrübələr apararaq bir sıra materiallarla işləmək imkanı yaradırıq.
Fiziki inkişaf
Uşaqların fiziki inkişafı onların koordinasiya, nəzarət, manipulyasiya və hərəki bacarıqlarını təkmilləşdirmək üçün imkanların yaradılması, aktiv və interaktiv olması ilə dəstəklənir.

Yaradıcılıq və dizayn
Uşaqların yaradıcılıq qabiliyyətləri onların maraq dairələri, araşdırma cəhdləri və oynayaraq öyrənmə bacarıqları dəstəklənərək inkişaf etdirilir. Bizim şagirdlərə rəsm, musiqi, rəqs, təxəyyül və rollu oyunlar vasitəsilə öz düşüncələrini, ideyalarını və hisslərini tədqiq etmək və bölüşmək imkanı yaradılır.

Təməl biliklər
Uşaqların ilkin oxu və yazı bacarıqları mütəmadi olaraq dəstəklənir və inkişaf etdirilir.
5-6 yaş Məktəbəhazırlıq (Transition) qruplarında 5-11 yaş qrupu üçün nəzərdə tutulmuş beynəlxalq səviyyədə tanınan Kembric İbtidai Tədris Kurikulumu üzrə 1-ci mərhələ tədris olunur. Bu kurikulum oxu, yazı, danışıq və dinləmə, eyni zamanda riyaziyyat və təbiət fənlərinin əsaslı və effektiv tədrisini özündə birləşdirərək tədris və öyrənmə üçün maraqlı mühit yaradır.
İngilis dili
Fərdi, sosial və tibbi maariflənmə (PSHE)
Riyaziyyat
Azərbaycan dili
Təbiət elmləri
STEAM
Sosial biliklər (Azərbaycan və dünya tarixi, coğrafiya)
Musiqi
Təsviri incəsənət
Fiziki tərbiyə (iıman oyunları, gimnastika, rəqs və üzgüçülük)
Biz aşağıdakı üsullardan istifadə edərək uşaqların inkişaf və rifahını yaxından izləyirik:
MTK məktəbəqədər təhsil pilləsini fərqləndirən xüsusiyyətlər: