Rəqəmsal öyrənmə dövründə kitabxana şagirdlərin öyrənməsi üçün mühüm rol oynayır. Bugünkü kitabxana öz fəaliyyətini yeni dövrün tələblərinə uyğunlaşdırır. Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ibtidai və orta məktəb şagirdləri üçün iki ayrı kitabxanası ilə fəxr edir. Onlar interaktiv, çevik və tələbə mərkəzlidir. Bu fərqli kitabxanalar şagirdlərimiz və müəllimlərimiz üçün dinamik öyrənmə mühiti kimi xidmət edir. Kitabxanalarda müxtəlif yaşda olan şagirdlər üçün bədii kitablar və dərsliklər kolleksiyası var. İbtidai və orta məktəb kitabxanalarının əməkdaşları şagirdlərə tədqiqat bacarıqlarını və informasiya savadını inkişaf etdirməkdə köməklik göstərirlər.
Biz kitabxanamızda ibtidai bölmənin şagirdləri üçün mütaliəyə sevgini yaratmağa çalışırıq. Kitabxanada gənc oxucular üçün zəngin və rəngli kitab kolleksiyası var. Əyləncəli oyuncaqlar, öyrədici komikslər və interaktiv oxu guşələri, şagirdlərimizin kitabxanaya tez-tez ziyarətlərini təmin edir və erkən savadlılıq bacarıqlarını inkişaf etdirən atmosfer yaradır.

Yuxarı bölmənin kitabxanası şagirdlərin diqqətini kitab oxumağa, layihə planlaşdırmağa və tədqiqata yönəldə biləcəyi və bir-biri ilə əməkdaşlıq edə biləcəyi mühit təklif edir. Kitabxana fondu kurrikuluma dəstək verən dərsliklərdən ibarətdir və şağirdlərin biliklərini dərinləşdirməsinə kömək etmək üçün uyğun materiallar təklif edir.

Yuxarı bölmənin kitabxanasının fondunda tanınmış müəlliflərin əsərləri, eləcə də tarix və psixologiyaya aid kitablar daxildir. Kolleksiyamızda siz Kembric və Oksford Universitetlərinin nəşriyyatları tərəfindən nəşr olunan əksər mövzulara aid kitabları tapa bilərsiniz. Kitabxana fondu müntəzəm olaraq beynəlxalq və yerli nəşriyyatların yeni nəşrləri ilə yenilənir (bir çox kitablar xaricdən alınır).

Şagirdləri və müəllimləri kitablar və rəqəmsal materiallarla təmin etmək üçün kitabxanada Follett Destiny- mərkəzələşdirilmiş electron kitabxana sistemindən istifadə olunur. Follett Destiny sistemindəki kitab kolleksiyamızda 17 000-dən çox kitab var.