Tədris proqramı
Azərbaycan bölməsinin Yuxarı təhsil pilləsində təlim birgə öyrənmə, taktil və kinestetik təlim, eləcə də müasir texnologiyalardan tədris prosesində istifadə imkanını, ənənəvi və müasir metodlarını özündə birləşdirir.

Bu yanaşma XXI əsrin tələblərinə cavab verən kommunikasiya, əməkdaşlıq, yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, eyni zamanda mükəmməl dil bilikləri, oxu və yazı, riyazi və sosial bacarıqların inkişaf etdirilməsi üçün zəmin yaradır. Bu bacarıqlar sürətlə inkişaf edən, qloballaşan dünyada şəxsi və peşəkar həyatda müvəffəqiyyət əldə etmək üçün vacibdir. Bundan başqa, şagirdlərə kompüter və digər texniki vasitələrdən istifadəetmə, hər hansı bir məsələdə qərarvermə bacarığının aşılanması tədris proqramımızın və fəaliyyət planımızın əsas prinsipidir. Şagirdlərə hər gün 4 saat olmaqla əsas xarici dil kimi ingilis dilindən əlavə, rus, fransız, alman, ərəb dillərindən biri seçim əsasında tədris olunur.

Milli Kurikulum əsasında təhsil alan şagirdlərimiz isə öz növbəsində Azərbaycan və ya rus bölməsini seçə bilər.
Azərbaycan bölməsi: Azərbaycan bölməsinin orta təhsil pilləsinin şagirdləri dərslərdə əsas təlim dili kimi Azərbaycan dilində ünsiyyət quraraq sağlam mühitdə təhsil alırlar. Bu bölmədə təhsil almaq istəyən şagirdlər ana dilində düzgün oxuyub-anlama, danışma, yazı bacarıqlarına sahib olmalıdırlar. Əgər müraciət edən şagirdlər rus və ya ingilis dilini yüksək səviyyədə bilirlərsə, bu zaman onlara rus və ya tədrisi ingilis dilində olan beynəlxalq bölmədə təhsil almaq tövsiyə olunur.
Rus bölməsi: Rus bölməsinin orta təhsil pilləsinin şagirdləri dərslərdə əsas təlim dili kimi rus dilində ünsiyyət quraraq sağlam mühitdə təhsil alırlar. Bu bölmədə təhsil almaq istəyən şagirdlər rus dilində düzgün oxuyub-anlama, danışma, yazı bacarıqlarına sahib olmalıdırlar. Əgər müraciət edən şagirdlər Azərbaycan və ya ingilis dilini yüksək səviyyədə bilirlərsə, bu zaman onlara Azərbaycan və ya tədrisi ingilis dilində olan beynəlxalq bölmədə təhsil almaq tövsiyə olunur.

Pedaqoji yanaşma
Təhsil prosesi müasir metodikalar əsasında qurulur və Milli Kurikulumu əhatə etməklə hər bir şagirdin şəxsi potensialını üzə çıxarıb onunla həm fərdi, həm qrup, həm də sosial mühitin nəzərə alınması ilə aparılır. Buraxılış siniflərinə qədər şagirdlər tədris fənlərinə dərindən cəlb edilməklə yanaşı sosial fəal mühitin də bir parçası kimi məktəb həyatında iştirak edirlər. Yuxarı siniflərdə isə şagirdin ali təhsilinin planlaşdırılması ilə ona profil istiqamətlər üzrə fənlər dərinləşdirilmiş formada tədris edilir. Bu cür yanaşma şagirdlərin akademik nailiyyətlərinin bacarıqları çərçivəsində davamlı yüksək səviyyədə olmasına və sosial fəal şəxsiyyət kimi yetişməsinə geniş imkan yaradır.
Tədris olunan fənlər
Azərbaycan dili (Azərbaycan bölməsi)
Rus dili (rus bölməsi)
Azərbaycan dili (Rus bölməsi üçün dövlət dili kimi)
Ədəbiyyat
Riyaziyyat
Xarici dil- İngilis dili
Müasir xarici dillər (alman, fransız, rus və ərəb dilləri)
Ümumi tarix
Azərbaycan tarixi (Zəfər tarixi)
Biologiya
Kimya
Fizika
İnformatika/Alqoritmika
Coğrafiya
Fiziki tərbiyə
Gənclərin Ç ağı rış aqədərki Hazı rlığ ı

Qiymətləndirmə
Milli Kurikulum əsasında orta təhsil pilləsində Məktəbdaxili Qiymətləndirmə Qaydalarına müvafiq olaraq ildə iki dəfə Böyük Summativ Qiymətləndirmə (BSQ) keçirilir.
Hər iki yarımilin sonunda Məktəbdaxili Qiymətəndirmə Qaydalarına müvafiq olaraq keçirilən Böyük Summativ Qiymətləndirmə (BSQ) ilə yanaşı, şagirdlərin akademik biliklərinə nəzarət etmək, təlimin inkişaf dinamikasını təhlil etmək məqsədilə mütəmadi olaraq şagirdlərimiz üçün Mövzu üzrə Qiymətləndirmə Testləri (MQT), respublika səviyyəsində keçirilən sınaq imtahanları təşkil olunur. Bu yanaşma şagirdlərin bütün fənlər üzrə bilik, bacarıq və anlama səviyyələrini, eyni zamanda IX və XI siniflərdə keçirilən buraxılış imtahanına hazırlıq səviyyəsini müəyyən edir. Tətbiq etdiyimiz qiymətləndirmə vasitələrinin müxtəlifliyi Azərbaycan və beynəlxalq tədris resurslarına uyğun olaraq şagirdlərin inkişafını dəyərləndirməyə kömək edir.
| Sinif | İmtahan | Fənlər | Məqsəd |
| 9 | Ümumi orta təhsil üzrə buraxılış imtahanı |
| Milli kurikulum üzrə təhsil alan şagirdlərin icbari təhsili başa vurduqlarını təsdiqləyən sənədin-Ümumi orta təhsil haqqında attestatın alınması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir |
| 11 | Tam orta təhsil üzrə buraxılış imtahanı |
| Milli kurikulum üzrə təhsil alan şagirdlərin tam orta təhsili başa vurduqlarını təsdiqləyən sənədin- Tam orta təhsil haqqında attestatın alınması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir |
İmtahanlar və digər qiymətləndirmə formaları şagirdlərimizin yaş səviyyəsinə uyğun, sağlam öyrədici mühitdə təşkil olunur. Şagirdlərin bu sınaq imtahanları nəticəsində əldə etdiyi bacarıqlar onların gələcək təhsil həyatında böyük nailiyyətlər qazanması üçün zəmin yaradır.
İmtahanlar
Şagirdlər IX sinfin sonunda ümumi orta təhsil səviyyəsini, XI sinfin sonunda isə tam orta təhsil səviyyəsini əhatə edən buraxılış imtahanı verirlər.
NİYƏ MTK?
MTK-nın Milli kurikulumunu fərqləndirən xüsusiyyətlər:
MTK məzunları ən azı iki dildə tam akademik bilik alacaq və onların əksəriyyəti üç və ya daha çox dildə danışma imkanına sahib olacaqlar. Bundan əlavə şagirdlər çoxsaylı tədbirlərə və layihələrə cəlb edilirlər ki, bu da onların sosial fəal, təşəbbüskar, beynəl təfəkkürlü və müasir səriştələrə malik şəxsiyyət kimi formalaşmasına geniş imkan yaradır.