Yeməkxana

MTK Hero Background

Tərəfdaşımız-Beat Catering

Kompleksimizin yeməkxana xidməti peşəkar keyterinq şirkəti Beat Catering tərəfindən həyata keçirilir. Qida keyfiyyəti və gigiyena standartları təhsil mühitində ən mühüm prioritetlərdən biri hesab olunur və bu səbəbdən uzun illər təcrübəyə malik peşəkar komanda ilə əməkdaşlıq edilir.

Beat Catering 15 ildən artıq fəaliyyət təcrübəsinə malik, il ərzində 500-dən çox sifariş icra edən və 200-dən artıq əməkdaşı olan peşəkar keyterinq şirkətidir. Komandaya təcrübəli aşpazlar, ofisiantlar, menecerlər və koordinatorlar daxildir. Şirkət müxtəlif dövlət qurumları, beynəlxalq tədbirlər və təhsil müəssisələri üçün genişmiqyaslı iaşə xidmətləri təqdim etmişdir.

* Menyular şagirdlərin yaş qruplarına uyğun hazırlanır
* Qidalar gündəlik və təzə məhsullardan bişirilir
* Faydalı və balanslı qidalanma prinsipləri əsas götürülür
* Gigiyena və təhlükəsizlik standartlarına ciddi nəzarət olunur
* Müxtəlif və seçimli menyu təqdim edilir

Kompleksdə şagirdlərin yaş xüsusiyyətləri və gündəlik enerji ehtiyacları nəzərə alınaraq balanslı qidalanma rejimi tətbiq olunur. Məktəbəqədər bölmədə gün ərzində 3 əsas yemək və 2 qəlyanaltı, məktəbdə isə 2 əsas yemək və 1-2 qəlyanaltı təqdim edilir. Menyular aylıq şəkildə tərtib olunur, yeməklər gündəlik təzə məhsullardan hazırlanır və faydalı qidalanma prinsiplərinə uyğun şəkildə şagirdlərə təqdim olunur. Yeməklərin tərkibi və qida dəyərləri mütəmadi olaraq həkim nəzarətindən keçirilir. Bu yanaşma uşaqların sağlamlığını qorumağa, gün ərzində enerjili və diqqətli olmalarını dəstəkləməyə xidmət edir.

Qeydiyyat