21 Sentyabr - Beynəlxalq Sülh Günü Heydər Əliyev adına Müasir Təhsil Kompleksində sülh, birlik və qarşılıqlı anlayış dəyərləri ilə qeyd olundu.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi üçün sülh yalnız bir anlayış deyil, gündəlik təhsil prosesinin ayrılmaz hissəsidir. Çünki məktəblər təkcə bilik verilən məkanlar deyil, eyni zamanda sabahın liderlərinin formalaşdığı mühitdir. Bu gün siniflərimizdə qurulan münasibətlər gələcəyin cəmiyyətinin əsasını təşkil edir.
Şagirdlərə mehribanlıq, dəstək və anlayış kimi dəyərlər aşıladıqca, münaqişəsiz və daha ədalətli dünyanın təməli qoyulur. Bu yanaşma ilə MTK ailəsi Beynəlxalq Sülh Günündə birliyini nümayiş etdirmək üçün ağ geyimdə bir araya gələrək sülhün yanında olduğunu ifadə etdi.
Biz inanırıq ki, həqiqi güc nifrətdən deyil, məhəbbət, qayğı və əməkdaşlıqdan doğur. Sülh isə hər zaman fərddən başlayır.