“Azərbaycan və Kolumbiyanın Ritmləri: Alovun Ahəngi” - Mədəniyyətlərarası Musiqi Axşamı

MTK Hero Background

9 oktyabr tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksi iki dost ölkənin musiqi irsini bir araya gətirən “Azərbaycan və Kolumbiyanın Ritmləri: Alovun Ahəngi” adlı mədəniyyətlərarası tədbirə ev sahibliyi etdi.

Kolumbiyanın Azərbaycandakı Səfirliyi ilə birgə təşkil olunan gecədə Kolumbiyadan dəvət olunmuş Caña Dulce qrupu və azərbaycanlı musiqiçilər səhnədə çıxış etdilər. Proqram çərçivəsində təqdim olunan musiqi nümunələri hər iki ölkənin zəngin mədəni ruhunu əks etdirdi.

Tədbir MTK-nın beynəlxalq düşüncəni təşviq edən yanaşmasını və müxtəlif mədəniyyətlərə hörmət dəyərlərini bir daha nümayiş etdirdi. Şagirdlər və qonaqlar incəsənətin sərhədləri aşaraq mədəniyyətlər arasında körpü qurduğuna canlı şahid oldular.

Qeydiyyat