Beynəlxalq Qızlar Günü münasibətilə panel müzakirəsi

MTK Hero Background

Bu gün Kompleksimizdə Beynəlxalq Qızlar Günü münasibətilə xüsusi panel müzakirəsi təşkil olundu. Müzakirə zamanı qızların təhsil hüququ, gender bərabərliyi və qadınların iş-həyat tarazlığının qorunması kimi vacib mövzular ətrafında fikir mübadiləsi aparıldı.

Tədbirdə qonaq qismində Jalə Paşayeva (Hüquq və Hüquqi Komplayens üzrə mütəxəssis) və Atabəy Quliyev (Beynəlxalq Kurikulum üzrə direktor müavini) iştirak edərək mövzu ilə bağlı təcrübə və baxışlarını bölüşdülər.

Şagirdimiz Aidənin moderatorluğu ilə Jasmin, Koroğlu, Said, Nəzrin, Emin və İnci paneldə aktiv iştirak etdilər. Onlar sualları cavablandıraraq qızların təhsilinin cəmiyyətin gələcəyi üçün əhəmiyyətini vurğuladılar.

Qeydiyyat