Böyük Britaniyada real universitet təcrübəsi

MTK Hero Background

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin təqdim etdiyi Pre-University Scholars - British Summer 2026 proqramı şagirdlərə Oxford UniversityUniversity of Bath kampuslarında real universitet mühitini yaşamaq imkanı yaradır.

İki həftəlik akademik proqram şagirdlərin gələcək planlarına daha şüurlu yanaşmasına dəstək olur. Onlar seçmək istədikləri ixtisasları universitet səviyyəsində sınaqdan keçirir və müstəqil düşünmə bacarıqlarını inkişaf etdirirlər.

 

Proqram haqqında əsas məlumatlar:

  • Məkan: Oxford University, University of Bath

  • Tarixlər: 5 iyul – 15 avqust (müxtəlif dövrlər)

  • Yaş qrupu: 14–18

  • Yaşayış: Universitet kampusunda yataqxana

  • Qidalanma: Proqram çərçivəsində təmin olunur
     

Tədris istiqamətləri:
Psixologiya • Marketinq və Liderlik • Biznes, Sahibkarlıq və Startaplar •
Tibb, Sağlamlıq və İnnovasiya • Mühəndislik, Dizayn və Dayanıqlılıq •
Kompüter Elmləri, Süni İntellekt və Machine Learning

 

Bu proqram sadəcə yay fəaliyyəti deyil. Şagirdlər üçün akademik gələcəyə atılan planlı və düşünülmüş addımdır.

Qeydiyyat