Böyük Britaniyanın Milli STEM Təhsil Mərkəzinin Təhsil üzrə Baş Mütəxəssisi Mark Langley Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin qonağı oldu.
Ziyarət zamanı Mark Langley Kompleksin kampusu və tədris mühiti ilə yaxından tanış oldu, müəllim və idarəetmə heyəti ilə görüşdü, həmçinin öz ilhamverici fikirlərini bölüşdü. O, eyni zamanda şagirdlərimizi SAF 2025 çərçivəsində əldə etdikləri yüksək nailiyyətlər münasibətilə təbrik etdi.
Bu görüş beynəlxalq təcrübə mübadiləsi və gələcək əməkdaşlıq üçün dəyərli addım oldu. Qarşıdakı dövrdə birgə layihələr imkanlarını böyük maraqla gözləyirik.