Day of AI

MTK Hero Background

Azərbaycanda ilk dəfə olaraq “Day of AI” konfransı mayın 16-da Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçiriləcək.

“Day of AI” - MIT RAISE tərəfindən hazırlanmış qlobal təşəbbüsdür. Bu təşəbbüs süni intellekt savadlılığını təşviq edir və öyrənənlərin süni intellekti anlamaq, tətbiq etmək və məsuliyyətlə istifadə etmək bacarıqlarını inkişaf etdirməyi hədəfləyir. Son illərdə MTK bu yanaşmanı tədris prosesinə inteqrasiya edərək süni intellekti gündəlik dərslərin bir hissəsinə çevirib.

Konfrans çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə panel müzakirələri və çıxışlar təşkil olunacaq.

İştirakçılar aşağıdakı mövzularla tanış olmaq imkanı əldə edəcəklər:
– təhsildə süni intellektin tətbiqi
– real sinif təcrübələri
– süni intellekt əsaslı öyrənmə yanaşmaları

Tədbir müəllimlər, məktəb rəhbərləri və təhsilin gələcəyi ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.
 

Tarix: 16 may
Məkan: Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
 

Qeydiyyat linki tezliklə paylaşılacaq.

 

Qeydiyyat