Oktyabrın 7-də Kompleksimizdə dünyanın qabaqcıl universitetlərinin nümayəndələrinin iştirakı ilə təhsil sərgisi təşkil olundu. Təxminən 40 universitet təmsilçisinin qatıldığı sərgi 9-12-ci sinif şagirdləri və onların valideynləri üçün nəzərdə tutulmuşdu.
Sərgi çərçivəsində şagirdlər universitetlərin rəsmi nümayəndələri ilə birbaşa ünsiyyət quraraq, öz maraq və məqsədlərinə uyğun proqramlar haqqında ətraflı məlumat əldə etdilər. Görüşlər zamanı bakalavr dərəcələri, Foundation proqramları, tam və qismən təqaüd imkanları, təhsil haqları, endirimlər və proqramların üstünlükləri barədə geniş məlumat verildi.
Təhsil sərgisi şagirdlərin gələcək akademik seçimlərini daha şüurlu şəkildə planlaşdırmaları baxımından faydalı və istiqamətverici oldu.