Economics Talks: Sığorta və İqtisadi Sabitlik

MTK Hero Background

Kompleksimizdə şagirdlərin iqtisadi biliklərini genişləndirmək məqsədilə “Economics Talks” silsiləsi çərçivəsində sığorta sahəsi üzrə ekspert İlahə Ümidli ilə görüş keçirildi.

Sessiya zamanı İlahə xanım sığortanın gündəlik həyatda rolu, fərdlərin və müəssisələrin risklərdən qorunması, eləcə də iqtisadi sabitliyə verdiyi töhfə barədə aydın və praktik məlumatlar təqdim etdi. Bu görüş şagirdlərimizin iqtisadi düşüncəsini daha da dərinləşdirdi.

Dəyərli bilik və təcrübəsini paylaşdığı üçün İlahə xanıma təşəkkür edirik.

Qeydiyyat