Şagirdlərimizin peşə yönümü, real iş mühiti ilə yaxından tanışlığı və gələcək karyera seçimlərinə daha şüurlu yanaşmalarını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində təşkil olunan təcrübə proqramı uğurla yekunlaşdı.
Proqram müddətində şagirdlər hüquq sisteminin müxtəlif istiqamətləri ilə yaxından tanış olaraq real iş mühitini müşahidə etmək, peşəkarlarla ünsiyyət qurmaq və gələcək karyera seçimləri barədə daha aydın təsəvvür formalaşdırmaq imkanı qazandılar.
Yekun mərhələdə şagirdlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində təşkil olunan mərasimdə iştirak etdilər və proqramı uğurla başa vurduqlarına görə sertifikatlarla təltif olundular. Sertifikatlar Nazirliyin İnsan resursları idarəsinin rəisi Cahangir Hacıyev tərəfindən təqdim edildi.
Bu təcrübə proqramı şagirdlərimizin inkişaf yolunda mühüm bir mərhələ olmaqla yanaşı, onların hüquq sahəsinə olan marağını daha da artırdı və gələcək peşə həyatları üçün dəyərli təcrübə qazandırdı.