“Happy Teachers Hour” - Müəllimlərə həsr olunmuş xüsusi təşəbbüs

MTK Hero Background

Kompleksimizdə ilin ən dəyərli günlərindən biri olan Beynəlxalq Müəllimlər Günü bu il xüsusi bir təşəbbüslə qeyd olundu. Qlobal miqyasda tanınan Happy Hour konsepsiyasını müəllimlərimizə həsr edərək “Happy Teachers Hour” adlı festival formatında tədbir təşkil etdik.

Bu təşəbbüs il boyu müəllimlərimizin göstərdiyi zəhməti, fədakarlığı və peşəkarlığı dəyərləndirmək məqsədi daşıyırdı. Gün ərzində Kompleksin ərazisi əl işi dekorasiyalarla bəzədildi, tərəfdaş şirkətlərin dəstəyi ilə festival ab-havası yaradıldı.

Tədbirdə məktəb icmasının bütün üzvləri fəal iştirak etdilər. Şagirdlərin səhnə çıxışları, valideynlərin musiqili performansları və səmimi təbrikləri müəllimlərimiz üçün yaddaqalan bir günə çevrildi. Bu anlar həm birlik hissini gücləndirdi, həm də müəllim əməyinə olan hörməti bir daha nümayiş etdirdi.

İnanırıq ki, bu cür təşəbbüslər müəllimin cəmiyyətdəki rolunu daha aydın göstərir və dəyərli bir ənənəyə çevrilə bilər.

Qeydiyyat