Məmnuniyyətlə bildirmək istəyirik ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi öz xüsusi "buzzword" u olan UCAS mərkəzidir. "Buzzword"- mərkəzimizə müraciət edən şagirdlərə verilən xüsusi termindir. Şagirdlərdən öz ərizələrində bu "buzzword" tələb olunur. Bu da onları birbaşa bizim mərkəzlə əlaqələndirir və bizə ərizələrimizi əlavə etməyə, şagirdlərin ərizələrini idarə etməyə şərait yaradır, həmçinin Böyük Britaniyadak universitetlərə müraciət etməyi asanlaşdırır.
UCAS mərkəzinin faydaları:
-qeydiyyatdan keçmiş mərkəzlərin müraciət zamanı ərizələrə unikal çıxışı vardır. Mərkəzlər bizim məsləhətçi portaldan istifadə edərək öz tələbələrinin müraciətlərini göndərə, müraciətin gedişatını izləyə və idarə edə bilərlər.
UCAS mərkəzi universitet və kolleclər tərəfindən etibarlı mənbə hesab olunur.
-Şagirdlərin müraciətlərini izləmək və idarə etmək- şagirdlərin müraciətlərinin gedişatını izləmək, onlara şərh vermək və düzəliş etmək üçün geri göndərmək bacarığı.
Şagirdlərin ərizələri göndərildikdən sonra onların vəziyyətini izləmək üçün reak vaxt məlumatları: onların hər hansı təklifləri qəbul edib- etməmələri, hara qəbul olunduqları barədə məlumatlar .
Real vaxt rejimində ərizəçinin müraciətinin hesabatlarını əlçatan formatlarda asanlıqla yükləmək mümkündür.