Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin rəsmi vebsaytı yeniləndi

MTK Hero Background

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin rəsmi vebsaytı yenilənərək valideynlərin istifadəsinə təqdim olundu. Yenilənmiş platforma daha aydın struktur və müasir dizaynla hazırlanıb.

Saytda məlumatlara çıxış artıq daha rahat və operativdir. İstifadəçi təcrübəsi sadələşdirilib, bölmələr sistemli şəkildə yenidən qurulub.

Vebsaytda bütün təhsil pillələri haqqında ətraflı məlumat, xəbərlər, qəbul prosesi, Yay Məktəbinə qeydiyyat, Musiqi Məktəbi, A-Level proqramı, dərsdənkənar fəaliyyətlər, idarəetmə heyəti və digər vacib istiqamətlər yer alır. Valideynlər və müraciət edənlər onları maraqlandıran suallara qısa zamanda cavab tapa bilərlər.

Yenilənmiş sayt Kompleksin şəffaflıq və əlçatanlıq prinsipinə uyğun olaraq hazırlanıb və valideyn–məktəb əlaqəsini daha da gücləndirməyə xidmət edir.

Qeydiyyat