Swiss Summer Camp 2026 proqramı şagirdlərimizə İsveçrədə həm akademik, həm də sosial baxımdan zəngin beynəlxalq yay təcrübəsi təqdim edir. Proqram 28 iyun tarixindən etibarən 1 həftə davam edəcək.
Yay düşərgəsi şagirdlərin dil bacarıqlarını inkişaf etdirməsi və beynəlxalq mühitdə özünəinam qazanması məqsədilə planlaşdırılıb. Proqram həm akademik, həm də sosial inkişafı əhatə edir.
Səhər saatlarında şagirdlər ingilis, fransız, alman və rəqəmsal dil dərslərində iştirak edəcəklər. Dərslər ünsiyyət bacarıqlarının gücləndirilməsinə və qlobal düşüncə tərzinin formalaşmasına yönəlib.
Günün ikinci yarısında isə nəzarətli sosial və idman fəaliyyətləri təşkil olunur. Proqrama su parkı, Xtreme park, macəra parkı, stand-up paddle, boulinq və digər komanda fəaliyyətləri daxildir. Bu fəaliyyətlər şagirdlərin sosial bacarıqlarını və müstəqilliyini gücləndirir.
Proqram 10 yaşdan yuxarı şagirdlər üçün nəzərdə tutulub. Tədris, yaşayış, qidalanma və bütün fəaliyyətlər proqram paketinə daxildir.
Swiss Summer Camp 2026 şagirdlər üçün beynəlxalq mühitdə təcrübə qazanmaq və şəxsi inkişaf istiqamətində yeni mərhələdir.
📩 Ətraflı məlumat və qeydiyyat:
natavan.qocayeva@mtk.edu.az
📞 +994 (55) 833 38 74