29 yanvar tarixində Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Kembric Məktəbinin nümayəndə heyəti Heydər Əliyev adına Müasir Təhsil Kompleksini ziyarət etmişdir.
Ziyarət çərçivəsində qonaqlar Kompleksin ümumi tədris mühiti ilə yaxından tanış olmuş, Məktəbəqədər bölməsi, STEAM otaqları, müasir sinif otaqları və kitabxanaya baxış keçirmişlər.
Görüş zamanı qonaqlara Kompleksin iş prinsipləri, akademik yanaşması və şagirdlərin hərtərəfli inkişafını dəstəkləyən təhsil modeli barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, rəhbərliklə qarşılıqlı fikir mübadiləsi aparılmış, təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
Bu cür görüşlər təhsil müəssisələri arasında təcrübə mübadiləsinin gücləndirilməsi və keyfiyyətli təhsilin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.