Kompleksimizdə musiqi təhsili ilk səhnə təcrübəsi ilə davam edir

MTK Hero Background

16 mart tarixində Kompleksimizin nəzdində fəaliyyət göstərən 39 saylı musiqi məktəbinin kiçik yaşlı şagirdlərinin iştirakı ilə konsert təşkil olundu. Səhnəyə ilk dəfə çıxan şagirdlər öz ifaları ilə tədbirin ümumi ab-havasını formalaşdırdılar.

Proqram əsasən 1-ci və 2-ci sinif şagirdlərinin solo və ansambl çıxışlarından ibarət oldu. Hər bir ifa şagirdlərin hazırlıq prosesini və musiqiyə yanaşmasını aydın şəkildə göstərdi.

Bu kimi tədbirlər şagirdlərin səhnə təcrübəsini artırır və onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək olur.

Qeydiyyat