Kompleksimizdə Novruz ənənələri şagirdlərin iştirakı ilə davam edir.

MTK Hero Background

Şagirdlərimiz bayram süfrəsini hazırladılar, xonçalarını zövqlə bəzədilər və Novruzun dəyərlərini təqdim etdilər. Tədbir zamanı musiqilər, rəqs çıxışları və oyunlar şagirdlərin fəallığını və əməkdaşlığını göstərdi.

Keçəl və Kosa obrazları tədbirə əlavə dinamika qatdı və ümumi ab-havanı daha canlı etdi.

Kəlağayı bağlama yarışı və şəkərbura bəzəmə müsabiqəsi isə şagirdlərin həm yaradıcılığını, həm də milli ənənələrə marağını ortaya qoydu.

Bu kimi fəaliyyətlər şagirdlərin dəyərlərlə bağını gücləndirir və onların özünü ifadə etməsinə şərait yaradır.

Novruz bayramınız mübarək! 

Qeydiyyat