Kompleksin heyətinin Şamaxıya tanışlıq səfəri

MTK Hero Background

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin heyəti Azərbaycanın tarixi və təbiəti ilə seçilən bölgələrindən biri olan Şamaxıya səfər edib.

Səfərin əsas məqsədi Kompleksdə çalışan əcnəbi müəllimləri Azərbaycanın görməli yerləri, mədəni irsi və bölgələrə xas mətbəxi ilə yaxından tanış etmək olub. Bu çərçivədə iştirakçılar Şamaxının qədim abidələrini ziyarət edib, şəhərdə keçirilən “Üzüm və Şərab Festivalı”na qatılıblar.

Səfər zamanı qonaqlar milli ənənələrimizi əks etdirən oyunlar, müxtəlif əyləncələr və səmimi ünsiyyət mühiti vasitəsilə Azərbaycanın zəngin mədəni irsini daha yaxından tanımaq imkanı əldə ediblər.

Belə tanışlıq səfərlərinin müəllimlərimiz üçün yalnız xoş xatirələr yaratmadığına, eyni zamanda onları Azərbaycanın mədəniyyəti, dəyərləri və həyat tərzinə daha da yaxınlaşdırdığına inanırıq.

Qeydiyyat