Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin rəhbərliyi, müəllim və şagird heyəti 10 may–Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Fəxri Xiyabanda onun məzarını ziyarət edib. Daha sonra Ulu Öndərin və onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi olaraq Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük hörmət və ehtiramla anırıq.