Məktəbəqədər bölməmizdə Payız Festivalı

MTK Hero Background

Balacalarımız “Payız Festivalı” çərçivəsində payızın gəlişini böyük sevinc və coşqu ilə qarşıladılar. Rəngarəng geyimlər, maraqlı səhnə çıxışları və şən rəqslərlə müşayiət olunan tədbir uşaqlar üçün həm əyləncəli, həm də öyrədici anlarla yadda qaldı.

Festivalın sonunda uşaqlar payız mövzusunda yaradıcı master-klassda iştirak edərək öz təsəvvür və bacarıqlarını nümayiş etdirdilər. Birlikdə keçirdikləri bu vaxt paylaşma, yaradıcılıq və komanda ruhunu daha da gücləndirdi.

Payızın istiliyini və rənglərini hiss etdiyimiz bu gün balacalarımız üçün xoş və unudulmaz bir xatirəyə çevrildi.

Qeydiyyat