Məktəbəqədər bölməmizdə yeni tədris ilinin ilk günü

MTK Hero Background

Ötən gün Heydər Əliyev adına Müasir Təhsil Kompleksində yeni tədris ilinə qayıdış münasibətilə xüsusi qarşılama təşkil olundu. 
Şagirdlərimizin məktəbə dönüşü Kompleksin həyatına yenidən dinamika və canlılıq gətirdi.

Məktəbəqədər bölmənin balaca şagirdləri də tədris mühitinə qoşularaq MTK ailəsinə qayıtdılar. Onların enerjisi və gülüşü tədris mühitində müsbət ab-hava yaratdı.

Yeni tədris ili ərzində şagirdlərimizi maarifləndirici fəaliyyətlər, inkişaf yönümlü proqramlar və yaddaqalan təcrübələr gözləyir.

Qeydiyyat