Heydər Əliyev adına Müasir Təhsil Kompleksində yeni tədris ilinin başlaması ilə məktəbəqədər bölmənin şagirdləri də yenidən məktəb mühitinə qayıdıblar.
Yeni tədris ilinin ilk günləri uşaqların məktəb mühitinə uyğunlaşması, müəllimləri və dostları ilə ünsiyyəti, həmçinin müxtəlif fəaliyyətlərə qoşulması ilə davam edir.
Məktəbəqədər təhsil mərhələsində uşaqların öyrənməyə marağının formalaşmasına, sosial bacarıqlarının inkişafına və ətraf mühiti kəşf etməsinə xüsusi diqqət yetirilir. Tədris prosesi onların yaş xüsusiyyətləri nəzərə alınaraq öyrədici və interaktiv fəaliyyətlərlə təşkil olunur.
Yeni tədris ili ərzində şagirdləri yeni biliklər, müxtəlif fəaliyyətlər və dostları ilə birlikdə öyrənəcəkləri yeni təcrübələr gözləyir.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi məktəbəqədər bölmənin bütün şagirdlərinə öyrənmə, inkişaf və yeni kəşflərlə zəngin tədris ili arzulayır.