Kompleksimizdə MFL Talent Show keçirildi. Tədbir şagirdlərimizin xarici dillərdə qazandıqları bilik və bacarıqları nümayiş etdirmələri üçün yaradılmış rəngarəng və ilhamverici bir platforma oldu.
Səhnədə müxtəlif dillərdə mahnılar, şeirlər, rəqslər və fərqli ölkələrin mədəniyyətlərindən ilhamlanan çıxışlar təqdim edildi. Bu performanslar dil müxtəlifliyinin və mədəni zənginliyin Kompleksimizdə necə birləşdiyini aydın şəkildə göstərdi.
MFL Talent Show şagirdlərin özünəinamını gücləndirən, yaradıcılığı təşviq edən və qlobal düşüncəni dəstəkləyən yaddaqalan bir tədbir oldu.