Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçiriləcək NextGen AI Yay Məktəbinə qeydiyyat açıq elan olunub.
29 iyun - 10 iyul tarixlərində təşkil olunacaq proqram şagirdlərə yay aylarını səmərəli və öyrədici şəkildə keçirmək imkanı yaradır. Yay məktəbi çərçivəsində iştirakçılar yeni bilik və bacarıqlar qazanır, müxtəlif mühitlərdən gələn yaşıdları ilə ünsiyyət qurur və komanda ilə işləmək təcrübəsi əldə edirlər.
Proqramın əsas istiqamətlərindən biri CLIL metodikası əsasında keçirilən ingilis dili dərsləridir. Bu dərslər zamanı şagirdlər süni intellekt texnologiyaları, machine learning, chatbot və image generation kimi mövzuları ingilis dilində araşdırır və təqdim edirlər.
Yay məktəbinin NextGen AI və STEAM modulu çərçivəsində şagirdlər süni intellekt alətləri, robototexnika və proqramlaşdırma, dron texnologiyaları, elektrik mühəndisliyi üzrə eksperimentlər, CNC lazer texnologiyaları ilə modelləşdirmə və 3D dizayn sahələrində praktiki fəaliyyətlərdə iştirak edirlər.
Proqramda həmçinin üzgüçülük, futbol, basketbol və açıq hava oyunları kimi idman fəaliyyətləri, tematik ekskursiyalar, nahar və qəlyanaltılar da nəzərdə tutulub.
Bu yay məktəbi şagirdlərə həm öyrənmək, həm də texnologiya yönümlü mühitdə yeni təcrübələr qazanmaq imkanı təqdim edir.
Qeydiyyat linki aşağıdadır: https://forms.office.com/r/NLfGEr0RaA