MTK-da Yeni İl Sevinci: Birlikdə Paylaşılan Bayram Anları

MTK Hero Background

Bu gün Heydər Əliyev adına Müasir Təhsil Kompleksində əsl Yeni il ab-havası yaşandı. Kompleksimizin icması - müəllimlər, inzibati və rəhbər heyət - şagirdlərimizi sevindirmək və Yeni il həyəcanına rəng qatmaq üçün bir araya gəldi.

Sevgi ilə hazırlanan hədiyyələr və əl əməyi ilə bağlanan paketlər Şaxta babanın qırmızı torbasından hər bir şagirdə tək-tək təqdim olundu. Uşaqların üzündə yaranan təbəssüm və gözlərindəki sevinc bu təşəbbüsün ən dəyərli nəticəsi oldu.

Birlikdə görülən bu iş səmimi, isti və yaddaqalan anlar yaratdı. Bu gözəl günün ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edir, şagirdlərimizə sevinc dolu bir Yeni il arzulayırıq.

 

Qeydiyyat