18-19 noyabr 2025-ci il tarixlərində Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin nümayəndələri Dubayda, Expo City-də yerləşən DP World Pavilion-da keçirilən MIT RAISE Day of AI Global Summit-də iştirak etdilər. MTK-nı tədbirdə CEO Tural Abbasov, STEAM və İnformatika üzrə koordinator Ələsgər Əsədov və Təhsil Strategiyaları üzrə konsultant Nigar Əmrullayeva təmsil etdilər.
Sammit çərçivəsində süni intellekt savadlılığının məktəb təhsilinə inteqrasiyası, etik və məsuliyyətli AI istifadəsi, şagird rifahı və inklüzivlik mövzuları müzakirə olundu. MTK komandası həmçinin MIT RAISE və MIT Media Lab nümayəndələri ilə gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardı.
Bu iştirak MTK-nın gələcəyə yönəlik təhsil vizyonunu gücləndirməklə yanaşı, STEAM və informatika sahəsində qlobal yanaşmalarla uyğun inkişafını dəstəklədi.