MTK Ride Hub

MTK Hero Background

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində şagird təşəbbüsü ilə həyata keçirilən MTK Ride Hub layihəsi təqdim olundu.

Layihə 5-ci sinif şagirdlərinin Qlobal Perspektivlər fənni çərçivəsində araşdırmalarının nəticəsidir. “Enerji istifadəsinin xərcləri nələrdir?” mövzusu üzrə aparılan tədqiqat zamanı şagirdlər gündəlik nəqliyyat seçimlərinin ətraf mühitə, iqtisadiyyata və cəmiyyətə təsirini öyrəndilər.

Araşdırmalarını real addıma çevirərək məktəb icması daxilində əməkdaşlar arasında birgə nəqliyyat istifadəsi təşəbbüsü irəli sürdülər. Layihə çərçivəsində yanacaq sərfiyyatının azaldılması, hava çirkliliyinin minimuma endirilməsi və daha məsuliyyətli yanaşmanın təşviqi istiqamətində maarifləndirmə aparıldı.

MTK Ride Hub göstərir ki, düşünülmüş seçimlər davamlı gələcəyə doğru konkret addıma çevrilə bilər.

Qeydiyyat