MTK Şagirdləri ADA Universitetində

MTK Hero Background

10-11-ci sinif şagirdlərimiz Universitet Məsləhətçimiz Aysel Əliyeva ilə birlikdə ADA Universitetinə tanışlıq səfəri etdilər. Ziyarətin məqsədi kampus mühiti ilə yaxından tanış olmaq və 2025/2026-cı tədris ili üçün bakalavriat qəbul qaydalarındakı yeniliklər barədə məlumat əldə etmək idi.

Görüş zamanı ADA Universitetinin bakalavriat üzrə qəbul məsləhətçisi Elşad Göyüşov şagirdlərimiz üçün təqdimat edərək müraciət prosedurları və akademik proqramlar haqqında ətraflı məlumat verdi, sualları cavablandırdı. Bu görüş şagirdlərimizin ali təhsil seçimlərinə daha şüurlu yanaşmasına töhfə verdi.

Qeydiyyat