MTK şagirdləri “Sabahın Alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsində uğur qazandılar

MTK Hero Background

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri “Sabahın Alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsində uğurla çıxış edərək yüksək nəticələr əldə ediblər.

3-5 mart tarixlərində Bakı Ali Neft Məktəbində keçirilən final mərhələsində Kompleksi təmsil edən şagirdlər öz elmi-tədqiqat layihələrini təqdim ediblər.

Robototexnika və süni intellekt kateqoriyasında Hüseynzadə Emin və Əliyev Həsən “OILLO – Boru Kəməri Təftiş Ölçüsü” adlı layihə ilə II yerə layiq görülərək gümüş medal qazanıblar.

Riyaziyyat kateqoriyasında isə Mehdiyev Fəxri “Mobil Telefon İstifadəsi və Akademik Uğur Arasındakı Əlaqə” mövzusunda hazırladığı layihə ilə III yer tutaraq bürünc medal əldə edib.

Müsabiqə çərçivəsində təşkil olunan Açıq Qapı Günü zamanı müəllimlər və rəhbər heyət də final mərhələsində iştirak edərək şagirdlərin layihələri ilə yaxından tanış olublar və onların çıxışlarını izləyiblər.

Qeydiyyat