Baharın gəlişi Kompleksimizdə şagirdlərin yaratdığı mühitdə hiss olundu.
Orta sinif şagirdlərimiz Novruz ənənələrini bu dəfə öz təqdimatları ilə yaşatdılar. Onlar bayram süfrəsi hazırladılar, xonçalarını zövqlə bəzədilər və Novruzun dəyərlərini gündəlik öyrənmə prosesinə daşıdılar.
Tədbir zamanı səslənən musiqilər, rəqs çıxışları və səhnəciklər şagirdlərin həm yaradıcılığını, həm də komanda ilə işləmə bacarığını göstərdi.
Belə fəaliyyətlər şagirdlərin milli dəyərlərlə bağını gücləndirir və onların özünü ifadə etməsinə imkan yaradır.
Novruz bayramınız mübarək!