1990-cı il, yanvarın 19-dan 20-ə keçən gecə yüzlərlə Azərbaycan övladının qətlə yetirilməsindən 35 il ötür. 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin rəhbərliyi, müəllim və şagird heyəti Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizin əziz xatirəsini hörmətlə yad etmişlər.