Kompleksimizin Yuxarı sinif şagirdləri üçün Təhsil Strategiyaları üzrə konsultant Nigar Əmrullayevanın təqdimatında xüsusi sessiya keçirildi. Sessiya zamanı şagirdlər düşüncənin iki əsas mexanizmi olan “Sistem 1” və “Sistem 2” anlayışları ilə tanış oldular.
Əyləncəli və real nümunələr vasitəsilə avtomatik və şüurlu düşüncənin qərarvermə prosesinə, diqqətə və gündəlik seçimlərə necə təsir etdiyi izah olundu. Bu yanaşma şagirdlərdə öz düşünmə tərzlərini daha şüurlu şəkildə dərk etməyə və fərqli baxış bucağından yanaşmağa stimul yaratdı.