Təhsil Menecerlərinin III Forumu

MTK Hero Background

20 dekabr tarixində Təhsil Menecerlərinin III Forumu keçirilib. Forum təhsildə innovasiya, rəqəmsallaşma və effektiv idarəetmə modelləri kimi aktual mövzulara həsr olunub. Tədbir təhsil sahəsinin rəhbər və mütəxəssislərini bir araya gətirərək yerli və xarici ekspertlərin müasir trendlər, innovativ yanaşmalar və praktik həllər üzrə fikirlərini paylaşdığı peşəkar platforma kimi çıxış edib.

Forum çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Baş İcraçı Direktoru Tural Abbasov spiker qismində çıxış edərək “Müasir məktəb idarəçiliyi: təhsildə innovativ yanaşmalar və texnologiyanın inteqrasiyası” mövzusunda təqdimatla çıxış edib.

Təqdimat zamanı o, süni intellektin təhsildə artan rolu, müasir məktəb idarəetmə modelləri, süni intellektin mövcud sistemlərə inteqrasiya imkanları və bu texnologiyaların idarəetmə və tədris proseslərinə verdiyi real üstünlüklər barədə məlumat verib.

Eyni zamanda, Müasir Təhsil Kompleksinin əməkdaşları da forumda iştirakçı qismində yer alaraq təhsil liderlərinin çıxışlarını dinləyib və sahə üzrə müasir yanaşmalarla yaxından tanış olublar.

Forum ümumilikdə təhsil menecerləri üçün strateji baxış bucağının formalaşmasına, təcrübə mübadiləsinin genişlənməsinə və gələcək əməkdaşlıqlar üçün yeni imkanların yaranmasına töhfə verib.

 

Qeydiyyat