Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yuxarı sinif şagirdləri Bakı Oksford Məktəbinin təşkil etdiyi “Gələcəyin səsi” konfransında iştirak ediblər.
Konfrans Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun layihələrin təqdimatına həsr olunub. Şagirdlər tədqiqat əsaslı işlərini münsiflər heyəti qarşısında təqdim ediblər.
Kompleksi iki komanda təmsil edib. Komandalardan biri “Ağıllı Kür” layihəsi ilə ekoloji problemlərə diqqət çəkib və praktik həll yolları təklif edib. Layihə Kür çayının ekosistemi ilə bağlı mövcud çağırışlara innovativ yanaşmanı əhatə edib.
Şagirdlər Koroğlu Rəhimli və Tofiq İsmayılov təqdim etdikləri layihəyə görə II yerə layiq görülüblər.
Bu nəticə şagirdlərin liderlik bacarıqlarını, tənqidi düşünmə vərdişlərini və real problemlərə həll yönümlü yanaşmasını bir daha göstərir. Kompleks şagirdlərin beynəlxalq gündəliklə uzlaşan təşəbbüslərdə iştirakını dəstəkləməyə davam edir.