Dekabrın 11-də Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin rəhbərliyi, pedaqoji heyəti və şagird kollektivi Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Müasir və müstəqil Azərbaycanın qurucusu olan Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.
Daha sonra Kompleksin rəhbər və pedaqoji heyəti Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edərək onun xatirəsini hörmətlə anıblar.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi olaraq, xalqımızın Ümummilli Liderinin unudulmaz irsini böyük hörmət və ehtiramla yad edirik.